Almaniyada qaçqın qadınları zorlayırlar – İttiham

Almaniyada qaçqın qadınları zorlayırlar – İttiham

Almaniyada bir qaçqın düşərgəsindəki qadınlar təhlükəsizlik əməkdaşları arasında cinayətkar dəstənin onlara cinsi təcavüz etdiyini bildirir. Guya həmin banda digər şəxsləri təhlükəsizlik işçisi formasında düşərgəyə keçirir, onlar da qaçqınları zorlayırlar.

buzzfeed.com Köln yaxınlığında yerləşən düşərgədə 9 təhlükəsizlik işçisinə belə ittihamdan bəhs olunur. «Westerwaldstrasse» düşərgəsindəki qadınlar açıq məktubda qeyd edirlər ki, həmin şəxslər qadınların düşərgədən kənarda yerləşən tualetə getməsini gözləyir, onları tutub zorlayır, dəstənin digər üzvləri isə tamaşa edir. Qadınlar həmin kişilərin cinayətkar dəstə olduğunu iddia edir. Bu şəxslərin qadınları yatan yerdə, hamamda videoya çəkdiyi, həmçinin cinsi əlaqə əvəzində onlara ayrıca ev vəd etdiyi iddia olunur. Məktubda deyilir ki, təcavüzə məruz qalanlardan bəziləri azyaşlılardır.

Həmin məktub imzasız dərc olunub, ancaq polis qadınlardan birini müəyyənləşdirdiyini bildirib. Almaniyanın «Koelner Stadt-Anzeiger» qəzeti bu iddiaları irəli sürmüş 3 qadınla danışdığını yazıb.

Həmin düşərgənin təhlükəsizliyinə cavabdeh «Adler-Wache» şirkəti iddiaları rədd edib. Köln polisi də iddialardan açıq məktub vasitəsilə xəbər tutduğunu deyib.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.