Avropa İttifaqı Türkiyəyə 15 gün vaxt verdi

Avropa İttifaqı Türkiyəyə 15 gün vaxt verdi
Avropa İttifaqı zirvəsində qaçqın axınını azalda bilmək üçün Türkiyəyə mart ayına qədər vaxt verildi, “Frontex” Türkiyədən Yunanıstana keçən qaçqınların gündə 4 min səviyyəyə çatdığını açıqladı.
Türkiyə ilə imzalanan ortaq qaçqın hərəkət planını görüşmək üçün Brüsseldə toplanan Avropa Birliyinin liderləri Türkiyə ilə martın 5-də yeni görüşün keçirilməsi ilə bağlı qərara gəliblər.
Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Almaniya kansleri Angela Merkel Avropa Birliyinin qaçqın böhranı ilə mübarizədə Türkiyə ilə imzalanan razılaşmanın önəmini qeyd edib.
Avropa Birliyi ilə Türkiyə arasında noyabr ayında əldə olunan razılaşma ilə Türkiyənin qaçqın axınını dayandırması qarşılığında 3 milyard avro maliyyə yardımı edilməsi qərarı alınmışdı. Avropa Birliyi razılaşma çərçivəsində 2016-ci ildə Türk vətəndaşlarına viza sərbəstliyi verilməsini qərara almışdı.
Avropa Birliyinin sərhədi qoruma agentliyi olan “Frontex” isə Türkiyədən Yunanıstana keçən qaçqın sayının artıdığın bildirib. Məlumata görə, 16 fevralda 1783, 17 fevralda isə 4611 qaçqın Egey dənizi üzərindən Yunanıstana keçib.
Bir NATO rəsmisi isə NATO-nun Türkiyə və Yunanıstan arasındakı insan qaçaqmalçılığının qarşısını almaq üçün Egey dənizinə göndərdiyi gəminin dünən bölgəyə çatdığını söyləyib.
Almaniyanın daxili işlər naziri isə bəzi ölkələrin qaçqın böhranını Almaniyanın kürəyinə yükləmək istədiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.