Fərhad Bədəlbəyli ABŞ-da konsert proqramları ilə çıxış edəcək

Fərhad Bədəlbəyli ABŞ-da konsert proqramları ilə çıxış edəcək

Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli bu ilin fevral ayının 23-dən martın 17-dək Amerika Birləşmiş Ştatlarının Florida ştatının şəhərlərində 17 konsert proqramı ilə çıxış edəcək.

Fərhad Bədəlbəylini məşhur violonçelist Dmitri Yablonskinin rəhbərliyi altında Yerusəlim simfonik orkestri dəvət edib. Proqrama S.Prokofyevin fortepiano və orkestr üçün 1 saylı konserti və A.Çaykovskinin “Xocalı” hüznlü musiqisi salınıb.

Konsertdə həmçinin əməkdar artist, Azərbaycan Milli Konservatoriyanın baş müəllimi, tarzən Sahib Paşazadə də iştirak edəcək.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.