Prezident zarafat etdi

Prezident zarafat etdi

ABŞ prezidenti Barak Obama daha bir çıxışı ilə gündəmə gəlib.

Prezidentlik müddəti bitdikdən sonra ABŞ-ın hansısa şatatında qubernator vəzifəsində çalışmaq üçün namizədliyini verəcəyini söyləyib.

Bu barədə Barak Obama Ağ evdə keçirilən qubernatorların milli asossiasiyasında çıxışı zamanı zarafatyana bildirib.

“Bu mənim qubernatorların şərəfinə verilən naharda prezident kimi son iştirakımdır. Ən azından prezident kimi”, deyə prezident əlavə edib. Onun çıxışı auditoriyada gülüşlə qarşılanıb.

Bu ifadəsindən sonra o zarafat etdiyini deyib. “Mən sadəcə Mişelin (Mişel Obama- ABŞ-ın birinci xanımı) reaksiyasını görmək istəyirdim”.

ABŞ tarixində bu cür hallar baş verib. Belə ki, 13-cü ABŞ prezidenti Endrü Conson 1865-1869 illər ərzində hakimiyyətdə olduqdan sonra doğma Tennessiştatına qayıdıb. Daha sonra ABŞ konqresinə öz namizədliyini irəli sürsə də onun ilk iki cəhdi uğursuz nəticələnib. 1875-ci ildə 3-cü dəfə buna cəhd göstərən sabiq prezident qalib gəlib və konqresin senatı seçilib.

ABŞ-ın 27-ci prezidenti Uilyam Hovard  Taft öz vəzifəsindən getdikdən sonra ABŞ ali məhkəməsinin sədri vəzifəsində işləyib. O, ömrünün sonuna kimi bu vəzifəni icra edib.

Ağ ev- qubernatorların naharından foto

Mişel Obama-Qubernatorların Ağ evdəki naharından

Ağ evdə- qubernatorların naharında Barak Obamanın çıxışı
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.