“Samsung” iki yeni modelini təqdim etdi

“Samsung” iki yeni modelini təqdim etdi

“Samsung” şirkəti rəsmi olaraq “S7S7 Edge” smartfon modellərini təqdim edib.

Təqdimat mərasimi  Barselonada, beynəlxalq Mobile World Congress sərgisində baş tutub.

“Galaxy S7” 5.1 düym ekrana və “Galaxy S7 Edge” isə  5.5 düym ekrana malikdir və telefonlar hər iki tərəfdən əyridizaynlı ekranı forması  ilə öz əvvəlki modellərinə çox bənzəyir.

Bu cihazlar “Samsung Exynos” prosessoru vasitəsilə işləyəcək. Yeni modellərdə  “MicroSD” kartları üçün xüsusi dəlik və sudan müdafiə sistemi quraşdırılıb. Bundan başqa yeni versiyada oyun texnologiyaları və zəif işıqlandırma şəraitində çəkilişlər aparmaq üçün arxa kamera təkmilləşdirilib.
Ekspertlər bildirir ki, təkmilləşdirilmiş yeni versiyanın hazırlanmasına baxmayaraq,  keçmiş modellərə olan oxşarlığı satışlarda problem yaradacaq. “Çünki ilk baxışda bu modellər öz sələfləri ilə eynilik təşkil edir”. Bunu  texnologiya mütəxəssisi Yan Foqq bildirib.

2015-ci ilin hesabatına görə “Apple”, “Huawei”“Xiaomi” şirkətlərində  olduğu kimi  satışlarda  azalma müşahidə edilir. Lakin  Samsung ən çox satılan brend olaraq öz adını qoruyub saxlayır.
“Samsung”un rəsmi saytında artıq yeni modellərin sifariş sayı da yer alıb. S7 modelinin qiyməti 1020 manat, “S7 Edge”in qiyməti isə 1224 manat dəyərində təyin edilib. Yeni məhsullarda  üç rəng mövcuddur – “parlaq platin”, “qara almaz” və “gümüşü titan”.

 

Samsung S7 və S7 Edge smartfon modelləri

Samsung S7 və S7 Edge smartfon modelləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.