Çempionlar Liqası: “Barselona” “Arsenal”ın qonağı olacaq

Çempionlar Liqası: “Barselona” “Arsenal”ın qonağı olacaq

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Günün maraqla gözlənilən matçı İngiltərədə baş tutacaq. Belə ki,  turnirin son qalibi “Barselona” səfərdə İngiltərənin “Arsenal” klubunun qonağı olacaq.

Günün maraqla gözlənilən daha bir matçında isə “Yuventus” doğma meydanda Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək.

Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

23 fevral

 

23:45. “Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya)

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Onqun, Cem Satman

Əlavə köməkçi hakimlər: Hüseyin Göçek, Barış Şimşək (hamısı Türkiyə)

 

23:45. “Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya)

Hakimlər: Martin Atkinson, Maykl Mallerki, Stefan Kild, Hari Besvik

Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.