Erməni dilindəki xəritə BMT-nin rəsmi saytından çıxarılıb – BƏYANAT

Erməni dilindəki xəritə BMT-nin rəsmi saytından çıxarılıb – BƏYANAT

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar İspaniya hökumətinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramı tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun sədri Paloma Duran və BMT İnkişaf Proqramının rəhbəri Helen Klarka etiraz bəyanatı ünvanlayıb.

 

BAMF mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etiraz bəyanatından sonra təşkilatın saytında yerləşdirilmiş xəritə dərhal götürülüb.

 

Qeyd edək ki, Dayanıqlı İnkişaf Məqsədləri Fondunun (http://www.sdgfund.org/current-programmes) rəsmi internet səhifəsində dərc edilmiş xəritədə Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər yeddi rayonunun adları (Cəbrayıl rayonunun Djrakan, Zəngilan rayonunun Kovsakan) erməni dilində və ermənicə təqdim edilib. U. Rəhimoğlu tərəfindən ünvanlanmış bəyanatda Dağlıq Qarabağın rayonlarının, müxtəlif kənd və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən adlarının dəyişdirilərək erməni dilində və ermənicə təqdim edilməsinin işğal faktoruna və işğalın səbəb olduğu ədalətsizliklərə haqq qazandırdığı vurğulanıb və BMT qurumunun yaydığı rəqəmsal xəritədə gedən yanlışlıqların aradan qaldırılması tələb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.