“İçəri şəhər” filminin təqdimatı keçiriləcək

“İçəri şəhər” filminin təqdimatı keçiriləcək
print

Martın 1-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş, rejissor İlqar Safatın “İçəri şəhər” bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, gənc qızın Qarabağ müharibəsi veteranı ilə məhəbbətindən bəhs edən filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri İlqar Safat və Təhminə Rafaella, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Təhminə Rafaella, Murad Yegizarov, Firdovsi Atakişiyev, Mehriban Zəki, Murad Məmmədov və başqaları çəkiliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.