Londonda rəssam Devid Hokninin sərgisi açılacaq

Londonda rəssam Devid Hokninin sərgisi açılacaq

Londonun Tate Britain muzeyində britaniyalı rəssam Devid Hokninin 80 illik yubileyi münasibətilə sərgi açılacaq.

2017-ci ildə Tate Britain muzeyində son 30 ilin ən böyük sərgisi açılacaq. Devid Hokninin yubileyinə həsr olunmuş retrospektiv sərgidə rəssamın 160-dan çox rəsm əsəri nümayiş olunacaq. Bura ötən əsrin 60-cı illərindən başlayaraq, rəssamın son olaraq iPad vasitəsilə yaratdığı fotoişlər daxildir.

Londonda rəssam Devid Hokninin sərgisi açılacaq

“Devid Hokninin yaradıcılığına həsr olunan sonuncu sərgi 1988-ci ildə Los-Ancelesdə açılmışdı. Bu isə o deməkdir ki, son 30 ildə belə bir görkəmli rəssamın əsərləri işıqlanmayıb” – deyə, sərginin kuratoru bildirib.

Qeyd edək ki, britaniyalı rəssam, qrafik və fotoqraf Devid Hokni uzun illər ABŞ-da yaşayıb. O, 1960-cı illər pop-art cərəyanının ən görkəmli nümayəndəsidir.

Londonda rəssam Devid Hokninin sərgisi açılacaq

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.