Uğura gedən yol: Renata Hafizova

Uğura gedən yol: Renata Hafizova

İstedadlı stilist, vizajist və Louvery brendinin dizayneri Renata Hafizova ilə müsahibəni sizə təqdim edirik:

Onun “Nargis” jurnalı üçün işlərində həmişə xüsusi əhval-ruhiyyə hiss olunub, çünki hər bir çəkiliş peşəkar stilləşdirilmiş iş və qüsursuz makiyajlı modellərdən daha böyük bir şey idi. Bu gün Renata Hafizova uğurlu vizajist və stilist olmaqla yanaşı, həm də Louvery brendinin dizayneridir. Sərt moda dünyasında özünü tanıtmaq, eşidilmək üçün nə etmək lazımdır? Renata ilə bu və bir çox digər mövzular haqqında söhbət etdik.

Renata, Bakıda yaşadığınız zaman sizinlə çox məhsuldar əməkdaşlıq etmişik. Moskvaya gedərkən vidalaşmaq üçün tortla bizim ofisə gəldiyiniz gün də yadımdadır. Sonra nə baş verdi?
-Hər şey dəyişdi. Həyat yoldaşımın işi ilə əlaqədər olaraq, Moskvaya köçdük və mən Rusiyanın ən dəbdəbəli dizayner brendlərindən biri ilə çalışmağa başladım, orada böyük təcrübə qazandım.

Uğura gedən yol: Renata Hafizova

Böyük şəhərin reallıqlarına uyğunlaşma necə keçirdi?
– Təbii ki, uyğunlaşma kifayət qədər çətin idi. Moskva böyük, həmişə harasa tələsən insan axını olan şəhərdir və özünü itirmədən bura uyğunlaşmaq vacibdir. Bu burulğanda şəxsi həyata, demək olar, vaxt qalmır, onu isə mən qurban verə bilmədim. Ailə mənim üçün həmişə birinci yerdədir.

Deyirlər, Moskva böyük imkanlar şəhəridir. “Belokamennaya” (Moskvaya Belokamennaya da deyirlər- red.) sizə qarşı mehriban oldumu?
– Moskva çoxlu çalışan və vaxtını boşuna xərcləməyənlərə qarşı mehribandır. Bu şəhər göz yaşlarına inanmır, möhkəmlik və döyüşçü ruhu tələb edir. Dinamik insanlar şəhəridir. Mən Moskvada yarım ilə yaxın vaxt keçirdim və bu, bəs etdi ki, belə həyat ritminin mənə uyğun olmadığını başa düşməyim. Peşəkar planda isə əminliklə deyə bilərəm ki, etibarlı əllərə düşdüm.

Uğura gedən yol: Renata Hafizova

Moskvada vizajist karyerasını davam etdirdinizmi?
– Bəli, Moskvada bir neçə zərgərlik şousunda çalışa bildim. Bundan əlavə, Moskva kinofestivalının qırmızı xalısına çıxacaq rusiyalı aktrisaların hazırlanması üzrə vizajist komandasının tərkibinə düşdüm.
Belə böyük miqyaslı byuti-mərasimin bir hissəsi olmaq, gözəlliyi yaratmaq mənə unudulmaz hislər bəxş etdi.

Uğura gedən yol: Renata Hafizova

Bəs şəxsi brendini yaratmaq ideyası nə zaman yarandı?
– Son üç ərzində əhəyat yoldaşımla dünyanı gəzdik, Parisdə, Bakıda, Moskvada və Kiprdə yaşadıq. Hər bir şəhərdə çoxlu sayda dostlar, tanışlar, inanılmaz sayda xoş xatirələr, qeyri-adi hadisələr və öz işimizdə tətbiq etmək istədiyimiz yeni biliklər və təcrübə qazandıq. Mən həmişə geyim dizaynı ilə məşğul olmağı arzulayırdım, ancaq daimi köçmələr və digər vacib planlara görə bu ideya həmişə təxirə salınırdı. Qızımızın anadan olmasından sonra başa düşdük ki, bunu ya indi etməliyik, ya da heç vaxt!

Uğura gedən yol: Renata Hafizova

Bu fikri necə həyata keçirdiniz?
– Əvvəlcə biz doğma Kalininqrad şəhərinə köçdük, orada istehsalı təşkil etmək, yaxşı dərzilər, konstruktorlar, geyim tikişi üzrə ustalar tapmaq, Rusiya və Avropa üzrə əşyaların çatdırılmasını buraxmaq daha asan idi. Kalininqradda moda sahəsində çalışan istedadlı adamların çoxunu fotoqraflar, videoqraflar və əlbəttə ki, mənim dəfələrlə çalışdığım modelləri tanıyırıq. Qeyd etmək istəyirəm ki, bizim bütün çəkilişlərimizdə nə zamansa Kalininqradda yaşamış qızlar iştirak edir. Avropa ilə yaxınlıq bizə sərgilərə getməyə, maraqlı adamların axtarışı ilə məşğul olmağa və ən nəhayət, ilhamlanmağa imkan verir.

İndiyə qədər neçə kolleksiya buraxmısız?
– Hələ ki, ancaq iki kolleksiya buraxmışıq – payız-qış 2015-2016 və bayram kapsul kolleksiyası. Birinci kolleksiya çox parlaq, zərif və eleqant alınıb. Orada mənə xas olan kiçik retro notu var. İkinci kolleksiya isə cəsarətli və böyük şəhərdə yaşayan qadınlar üçün nəzərdə tutulub.

Sizin brendin konsepsiyasını qısa olaraq necə xarakterizə etmək olar?
– Louvery – qüsursuz zövqü olan insanlar üçün universal geyimdir. Onun əsasında gündəlik və axşam geyimləri A5 (After Five) dayanır. Bütün modelər zamanın və mövsüm trendlərinin fövqündədirlər. Onların hazırlanması zamanı əsas vurğu keyfiyyətə edilir: ideal oturma, doğru ölçülər və mürəkkəb biçim. Hədəfimiz – qadınlara bizim zamanımızda bəzən tez-tez itirilən eleqantlıq və zərifliyi qaytarmaqdır.

Markanın geyimlərinin hesablandığı əsas auditoriya hansıdır?
– Louvery geyinən qız stil hissi olan, eleqant, ziyalı ailəsindən, retronu, əntiq və gözəl əşyaları, həyatda keyfiyyəti sevən müstəqil və yetkin şəxsiyyətdir. Bu xəyalpərəst, romantik qızın sevimli şəhəri Parisdir, onun yaşı isə 25 də ola bilər, 40 da…

Uğura gedən yol: Renata Hafizova

Komandanız böyükdürmü?
– Hələ ki, biz 7 nəfərik, ancaq böyük planlarımız var. Bizim üçün komandamız ailə kimidir, ona görə də, yeni əməkdaşın seçiminə çox incəliklə yanaşırıq. Hər bir əməkdaşımızın brendimizi və geyimlərimizi bizim kimi sevməsinə can atırıq, çünki ancaq bu yolla milyonların ürəyini fəth etmək olar.

Bakı ilə bağlı olan planlarınız varmı?
– Bakı həyat yoldaşımın vətənidir, buna görə də bu gözəl şəhərlə bağlı həmişə planlarım var. Bakı ilə bizi təkcə orada keçirdiyimiz zaman deyil, tanışlar, dostlar və əlbəttə ki, həmişə görüşmək istədiyimiz qohumlar bağlayır. İndi planlarımızda brendimizin və yeni kolleksiyanın Bakıda təqdimatı və daha sonra bu qonaqpərvər şəhərin şourumlarında təqdim olunması var. Əminəm ki, bizim geyimlərimiz çoxlu sayda Bakı gözəllərinin ürəyincə olacaq.

Uğura gedən yol: Renata Hafizova

Köçməyinizdən peşman deyilsiniz?
– Hər dəfə köçməklə biz özümüz üçün yeni üfüqlər açırıq, çoxlu sayda maraqlı insanlarla qarşılaşırıq, bununla da, doğru qərar verməyə kömək edən biliklər və həyat təcrübəsi qazanırıq.

Uğura gedən yol: Renata Hafizova

2016-cı ildən əsas gözləntiləriniz nələrdir?
– Louvery brendinin təqdimatından 3 ay sonra bizim əşyalarımız Rusiyanın Birinci kanalında “Dəbli hökm” proqramına düşdü, moda eksperti Evelina Xromçenkonun xoşuna gəldi və o, onları 35 milyon izləyiciyə nümayiş etdi. Bu, bizə böyük təkan oldu və özümüzə inamı artırdı, inanıram ki, biz doğru istiqamətdə hərəkət edirik. Bu il də biz bu keyfiyyət və stil səviyyəsini qorumağa, eləcə də, yeni Louvery pərəstişkarlarının ürəklərini fəth etməyə çalışacağıq.

Buro247.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.