Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri seçildi – Bakının da adı var

Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri seçildi – Bakının da adı var

Yaşamaq üçün dünyanın ən yaxşı şəhəri seçilib.

 

Bu ada Avstriyanın paytaxtı Vyana layiq görülüb.

https://www.youtube.com/watch?v=LtkTCrDnaVc

Beynəlxalq müşavirlik şirkəti olan “Mercer” həyat tərzinin keyfiyyəti ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Bu siyahı 18-ci dəfədir ki, hazırlanır.

 

Sıralamada Vyananı Sürix, Almaniyanın Münhen, Düsseldorf, Frankfurt kimi şəhərləri izləyir. İlk onluqda Cenevrə, Kopenhagen, Sidney kimi şəhərlərin də adları var. Ümumiyyətlə,  yaşamaq üçün ən yaxşı yerlər sırasında Avropa şəhərləri çoxluq təşkil edir.

 

Ümumilikdə 230 şəhərin yer aldığı siyahıda yaşamaq üçün ən pis şəhər İraqın paytaxtı Bağdaddır. Son yerlərdə qərarlaşan ölkələr arasında Suriya, Çad, Konqo və sairə var.

 

Yaşamaq üçün ən yaxşı şəhərlər - Onluq

Yaşamaq üçün ən yaxşı şəhərlər – Onluq

 

“Guardian” qəzeti dünyanın ən iri şəhərlərindən hesab edilən London, Paris, Nyu-York kimi şəhərlərin bu dəfə siyahının ön sıralarında yer ala bilməməsinə diqqət çəkib.

 

Belə ki, İngiltərənin paytaxtı London 39-cu, Fransanın paytaxtı Paris 37, ABŞ-ın ən böyük şəhəri olan Nyu-York isə 44-cüdür. Bu şəhərlər hava kirliliyi, nəqliyyat sıxlığı kimi amillərə görə geridə qalıb.

 

Bu siyahıda Azərbaycanın da  adı var. Paytaxt Bakı 197-ci pillədə qərarlaşıb. Şimal qonşumuz Rusiyanın paytaxtı Moskva 167, Türkiyənin İstanbul şəhəri 122, İran – Tehran 203, Tiflis isə 188-ci yerdədir.

 

Araşdırmada sosial, iqtisadi şərait, o cümlədən səhiyyə, təhsil, sığınacaq, ətraf mühit kimi amillər nəzərə alınıb. İri şirkətlər də iş qurmaq üçün əsasən bu araşdırmanın nəticələrinə diqqət yetirirlər.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.