“Bakıda özümü rus kimi təqdim etmişdim” — Erməni tennisçi

“Hər yerdə deyirəm ki, erməniyəm. Amma belə də olmuşdu: Məsələn, Bakıda WTA seriyalı turnirdə özümü rusiyalı kimi təqdim etmişdim”.

Sportnet.az-ın məlumatına görə, bunu “news.am”a müsahibəsində Rusiyanı təmsil edən erməni əsilli tennisçi Marqarita Qasparyan deyib.

22 yaşlı idmançı 2015-ci ilin iyulunda “Baku Cup”da həm fərdi, həm də qoşa mübarizədə qalib olmasına çox sevindiyini bildirib. O, Azərbaycan paytaxtında ciddi problemlə üzləşmədiyini vurğulayıb: “Başa düşürdüm ki, Bakıda olmaq erməni idmançılar üçün çox çətindir. Amma elə də problemlə üzləşmədim. Yalnız oyunların gedişində azarkeşlərin bir hissəsi milliyyətimə görə rəqiblərimi dəstəkləyirdi”.

Qeyd edək ki, Marqarita Qasparyan “Baku Cup”da fərdi mübarizədə rumıniyalı Patrisiya Mariatiqə 6:3, 5:7, 6:0, qoşa yarışda isə Aleksandra Panova ilə birgə Rusiya-Ukrayna dueti Vitaliya Dyaçenko – Olqa Savçuk cütlüyünə 6:3, 7:5 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.