Məşhur aktrisa 1 milyon dollar ziyana düşür

Məşhur aktrisa 1 milyon dollar ziyana düşür

Hollivudun ən məşhur gənc aktrisası Şarliz Teron evini ucuz satır. ANS PRESS-in məlumatına görə, gözəl aktrisa Hollivudun mərkəzində yerləşən evinin dəyərindən ucuz  satıldığını bildirib. Xarici KİV-lərin məlumatına əsasən, 2007-ci ildə 2.75 milyon dollar pul ödəyərək aldığı evini Şarliz Teron hazırda  1.75 milyon dollara satır.

Aktrisanın 220 kvadratmetrdən daha geniş bir sahəyə malik olan, iki hamamlı və bir yataq otaqlı evini satışa çıxardığı xəbərini ilk olaraq Hollivudun ən tanınan əmlak şirkətlərindən biri “Celebrity Address Aerial” verib.

“Şarliz Teron 2,75 milyon dollarlıq evini 1.75 milyon dollara satır”

Teronun satışa çıxardığı evində paslanmaz polad mətbəx mebeli , ultrayüksək tavan, bir-biri ilə əlaqəli otaqlar və xüsusi layihələr diqqət çəkir. Aktrisanın  evində diqqət çəkən digər bir  məqam yerdən tavana qədər olan pəncərələrdir. Xanım aktrisanın evinin gözəl olduğu barədə bundan əvvəl də xeyli məlumatlar verilib.

Şarliz Teronun evinin görüntüləri

Şarliz Teron – 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya gəlib. Aktrisa kasıb ailədə böyüyüb. 6 yaşı olarkən balet öyrənməyə başlayır. Qısa bir müddətdən sonra balet təhsilini artırmaq  üçün Yohannesburq şəhərinə dəvət alır. Daha sonra İtaliyaya gedir və orada model olaraq işləməyə başlayır. Milanda bir agentliklə müqavilə imzaladıqdan sonra bir çox məşhur jurnalların üz qabığında rəsmləri çap olunur.

Bir il sonra 1992-ci ildə Nyu-York şəhərinə köçür. Bir daha heç vaxt modellik etməyəcəyinə söz verir və aktrisa olmağı qarşısına məqsəd qoyur. Daha sonra Hollivuda gedən aktrisa burada ilk filmə çəkilir. Onun “Vadidə 2 gün” (2 Days in the Valley) filmindəki rolu aktrisa kimi ilk ciddi sınağı olur.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.