Messi Londonda şou göstərdi – VİDEO

Messi Londonda şou göstərdi – VİDEO

Ötən gecə futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Günün maraqla gözlənilən matçı İngiltərədə baş tutub. Belə ki,  turnirin son qalibi “Barselona” səfərdə İngiltərənin “Arsenal” klubunun qonağı olub.

Oyun qarşılıqlı hücumlarla başlasa da sonda sevinən tərəf Messinin “Barselona”sı olub. Elə vurulan 2 top da Messinin ayağına yazılıb. 0-2.

 

 

Günün maraqla gözlənilən daha bir matçında isə “Yuventus” doğma meydanda Almaniya nəhəngi “Bavariya”nı qəbul edib.

Matçda 0-2 hesabı ilə geridə qalan italyanlar 2 top vurmaqla bərabərliyi bərpa ediblər. 2-2.

 

 

Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

 

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

23 fevral

 

23:45. “Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya) 0:2

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Onqun, Cem Satman

Əlavə köməkçi hakimlər: Hüseyin Göçek, Barış Şimşək (hamısı Türkiyə)

 

23:45. “Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya) 2:2

Hakimlər: Martin Atkinson, Maykl Mallerki, Stefan Kild, Hari Besvik

Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.