Elza Seyidcahan: İlhamə xanımın mənə qarşı çox haqsızlıqları olub

Elza Seyidcahan: İlhamə xanımın mənə qarşı çox haqsızlıqları olub

“Mən həmişə İlhamə xanıma qarşı hörmətlə yanaşmışam. Heç bir asılacağım olmayaraq, həmişə kiçikliyimi göstərmişəm. Halbuki İlhamə xanımın mənim sənətimə zərrə qədər də köməyi olmayıb. Heç vaxt ona qarşı pis olmamışam. Amma onun mənə qarşı çox haqsızlıqları olub.”

Bu sözləri Sputnik-ə müsahibəsində əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahan xalq artisti İlhamə Quliyevanın vəfatına münasibət bildirərkən deyib.
“Bu gün İlhamə xanımın ölümünə çox kədərləndim. Allah rəhmət eləsin. O, Allahın sevimli bəndəsidir. Cümə axşamında rəhmətə gedib, cümə günü dəfn olunacaq, Xocalı soyqırımı günü torpağa tapşırılacaq. Bunun özü də Allahın sevimli bəndəsi olması deməkdir. Hər adama belə gündə rəhmətə getmək nəsib olmur. Allah günahlarını bağışlasın.” — deyə E.Seyidcahan bildirib.

Əməkdar artist, artıq İlhaməni ona qarşı etdiyi haqsızlıqlara görə bağışladığını da dediklərinə əlavə edib: “O ki qaldı mənə, mənə nə edibsə, nə haqsızlıq edibsə, mən də bir kiçik olaraq onu bağışlamışam. Allah günahları bağışlayırsa, biz bəndə olaraq kimik ki, bağışlamayaq? Belə bir gözəl deyim var: “Ən böyük məhəbbət günahları örtməkdir.” Deməli, mən də İlhamə xanımı bağışlayıram. Allah yerini cənnət etsin. Ruhu şad olsun. Allah ailəsinə səbr versin.”

Elza Seyidcahan onu da deyib ki, sabah İ.Quiyevanın dəfnində də mütləq iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.