İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı – VİDEO

İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı – VİDEO

Müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın ölüm səbəbi ilə bağlı açıqlama verib.

Ə.Mirəliyev xalq artistinin təzyiqdən əziyyət çəkdiyini deyib:

“Onun böyrəklərindən biri sıradan çıxmışdı. Bundan əlavə şəkəri də vardı. İlhamə xanım özünü pis hiss edirdi. Onun həmçinin ürəyində də problemlər var idi”.

Ə.Mirəliyevin sözlərinə görə, bu gün səhər saatlarında halı pisləşən İ.Quliyeva ilk olaraq ona xəbər verilməsini istəyib: “Səhər narahat olduqdan sonra məni çağırmağı tapşırıb. Mən də Mərdəkandan yuxulu-yuxulu durub gəlmişəm”.

Əli Mirəliyev xalq artistinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib. Onun sözlərinə görə, bu barədə ilkin müayinədən sonra həkimlər rəy verib.

Xalq artistinin oğlu Orxan Nadirov isə jurnalistlərə açıqlama vermək istəmədiyini, özünü pis hiss etdiyini deyib.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.