İlin ən yaxşıları seçildi – FOTO+VİDEO

İlin ən yaxşıları seçildi – FOTO+VİDEO

Londonda “Brit Music Awards” musiqi mükafatların təqdimetmə mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, məşhur müğənni Adel  4 nominasiyada qalib olub. Adel “ilin ən yaxşı albomu”, “ən yaxşı sənətçi”, “ən yaxşı mahnı” və “ən yaxşı beynəlxalq uğur” nominasuyalarında olan mükafatları qazanıb.

İfaçının “Hello” mahnısın klipi “ilin ən yaxşı klipi” kateqoriyasında “One Direction” qrupunun “Drag Me Down” adlı mahnısına çəkilən klipə məğlub olub. Adel mərasimdə çıxış edən zaman göz yaşlarını saxlaya bilməyib. O, fanatlarına və azyaşlı oğluna təşəkkür edib. “Yeganə sevgim bu həyatda mənim oğlumdur. Hamıya təşəkkür edirəm”.

Mərasimdə xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra dünyasını dəyişən Devid Bouie unudulmayıb. D.Bouiyə Britaniyanın ikona nişanı ilə təltif olunub.

İlin ən yaxşı beynəlxalq kişi müğənnisi Castin Biber, “ilin ən yaxşı qrupu” “Coldplay” olub.

Gecənin qalmaqallı səhnəsi isə Rihanna ilə reper Dreykin “Work” adlı yeni mahnılarını ifa etməsi olub.

“Brit Music Awards” 1977-ci ildən bəri təqdim edilir.  Mərasim Londonun ən böyük konsert salonlarından biri olan “O2 Arena”da keçirilir.

Ən yaxşı ingilis kişi müğənni: Ceyms Bey

Ən yaxşı ingilis qadın müğənni: Adel

Ən yaxşı beynəlxalq qrup: “Tame Impala”

Ən yaxşı mahnı: Adel “Hello”

Ən yaxşı ingilis qrup: “Coldplay”

Ən yaxşı beynəlxalq kişi müğənni: Castin Biber

Ən yaxşı yeni ifaçı: “Catfish and the Bottlemen”

Ən yaxşı beynəlxalq uğur: Adel

Ən yaxşı beynəlxalq qadın müğənni: Björk

Ən yaxşı klip: One Direction “Drag Me Down”

Ən yaxşı albom: Adel – 25

Bir neçə gün öncə Los-Ancelesdə mükafatların təqdimetmə mərasimi ilin əsas musiqi gecəsi 58-ci “Qremmi-2016” keçirilib. Gecənin məhsulunu Kendrik Lamar və The Weeknd toplayıb. Onlar bir neçə dəfə səhnəyə çıxaraq heykəlciklərin sahibi olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.