Türk rejissorunun filmi Oscara namizəd oldu

Türk rejissorunun filmi Oscara namizəd oldu

Parisdə keçirilən 41-ci “Cesars” Kino Mükafatı mərasimində türk rejissor Deniz Gamze Ergüvenin “Mustang” filmi dörd mükafat qazanıb.

Türkiyənin ucqar şimal əyalətlərinin birində yaşayan beş yeniyetmə bacının hekayətini danışan film Ən yaxşı debüt film, Ən orijinal ssenari, Ən orijinal musiqi və Ən yaxşı montaj nominasiyaları üzrə qalibdir. Bacılar mühafizəkar ənənələrdən yayınmağa çalışırlar.

Bu film həm də bu il Oscar kino mükafatına Xarici dildə ən yaxşı film kimi namizəddir.

“Mustang” ötən il Sarayevo Film Festivalında da qaliblər arasında idi. 37 yaşl rejissor Ergüven Türkiyədə doğulub, Fransada böyüyüb.

Philippe Fauconun “Fatimə” filmi isə “Cesars” mükafatı mərasimində “Ən yaxşı film” adını qazanıb.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.