Azərbaycanın böyük dostu ermənilərin iç üzünü açdı

Azərbaycanın böyük dostu ermənilərin iç üzünü açdı
Onu Azərbaycanda çətin ki, tanımayan tapılsın. Elə işğalçı Ermənistanda da onu gözəl tanıyır və xatırlayırlar. Bu, əlbəttə ki, ermənilərin işğalçı olduğunu İrəvanın özündə belə onların gözünün içinə baxaraq bəyan eləmiş Aureliya Qriqoriudur – Moldovanın sabiq ombudsmanı, tanınmış hüquq müdafiəçisi və hüquqşünas, Moldovanın İctimai Palatasının sədri, Azərbaycanın, daha doğrusu, haqqın böyük dostu!
Xanım Qriqoriu Xocalı soyqırımının növbəti ildönümündə bir daha öz haqlı və sərt mövqeyini ortaya qoyub, xain millətin iç üzünü açıb. Bu yerdə onu da qeyd edək ki, moldovan hüquq müdafiəçisi bu mövqeyə görə nəinki bir neçə il öncə tədbirə qatılmaqdan ötrü getdiyi Ermənistanda, hətta öz vətəni Moldovada təqib edilib. İndi də erməni lobbisi ondan əl çəkmir, hədələyir, onu satın almağa çalışır. 
Amma bu fədakar qadın öz mövqeyindən dönmür və dönməyə hazırlaşmır, çünki haqqı müdafiə etdiyinə əmindir. Onun bu dəfə “Trend”ə (rus) verdiyi müsahibə qənaətimizə şəkk-şübhə saxlamır. Müsahibədə o, Xocalı soyqrımı ilə bağlı ermənilərin həyasızcasına gerçəyi təhrif eləməsinə olduqca sərt münasibət bildirib.
“Ermənilər Xocalıdakı ağlagəlməz vəhşilikləri azərbaycanlıların cinayətləri kimi qələmə verməyə çalışırlar. Onlar ona görə belə edirlər ki, heç bir sağlam düşüncəli insanın cinayətkarlar üçün bircə bəraət sözü də tapmayacağını başa düşürlər” – deyib Qriqoriu.
Sabiq ombudsman daha sonra bildirib: “Bunu onların necə bir həyasızlıqla elədiyi adamı heyrətə gətirir. Vəhşi təbiətləri və yalançılıqları törətdikləri cinayətlərin bütün ağırlığını dərk etməyə və bu əməllərə görə peşman olmağa onlara imkan vermir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, Xocalı soyqırımı məsələsində əsas bir şeyi ermənilər nəzərə almırlar:“Azərbaycan xalqı belə vəhşiliklərə qadir deyil. Ermənistan yox, məhz Azərbaycan dünyanın beş ən tolerant ölkəsindən biridir”.
“Əvəzində bizə ermənilərin vəhşi mahiyyəti bəllidir. Öz qonşusunun 20%-lik ərazisini işğal edən də Ermənistandır, Azərbaycan yox. Bu, artıq BMT Təhlükəsizlik Şurasının, Avropa Birliyinin və Avropa Şurası Parlament Assambleyasının bir çox qətnamələrində əskini tapmış gerçəklikdir. Ona görə də dünya həqiqəti bilməlidir” – ardınca vurğulayıb Aureliya Qqiqoriu.
Azərbaycanın böyük dostu ermənilərin və onların havadarlarının Xocalıdakı cinayətkar hərəkətlərinin cəzasız saxlanmasını yolverilməz hesab edir. “Xocalıda cinayət törətmiş hər bir cinayətkar öz layiqli cəzasını almalıdır ki, ədalət bərpa edilsin və bir daha belə cinayət əməlləri baş verməsin. Cəzasız qalan istənilən cinayət gec-tez mütləq residiv verir” – əminliklə vurğulayıb xanım Qriqoriu.
“Genosid – xüsusilə ağır cinayətdir və o, istisna deyil. Böyük elm xadimi, publisist və mütəfəkkir Çezare Bekkariyenin dediyi kimi, ”Cinayəti önləməyin ən yaxşı vasitələrindən biri cəzanın sərtliyində deyil, sərt cəzanın tətbiq ediləcəyiinin qaçılmazlığındadır” – əlavə edib o.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dğn 26-a keçən gecə erməni-rus silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı əksəriyyəti dinc insanlar – uşaq, qadın, qoca olmaqla 613 azərbaycanlı öldürülüb, yüzlərlə insan yaralıb, neçə-neçə ailə bütövlükdə məhv olub, 150 nəfər itkin düşüb, 1275 nəfər Xocalı sakini əsir götürülüb. Onların taleyindən hələ də xəbər yoxdur.
Beynəlxalq birlik, Haaqa Tribunalı (Beynəlxalq Məhkəmə) XX əsrin bəşəriyyət əleyhinə olan bu ən qəddar cinayətlərdən birinə hələ də hüquqi qiymət verməyib. Xocalı hərbi caniləri – Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan, onun sələfi Robert Köçəryan, indiki müdafiə naziri və 366-cı rus motoatıcı alayının o vaxtkı zabiti Seyran Ohanyan, habelə həmin alayın digər zabitləri məsuliyyətə cəlb olunmayıblar.
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.