Rusiyanı “ofsayt”da qoyan layihə

Rusiyanı “ofsayt”da qoyan layihə

«Yeni Müsavat» qəzeti bu gün Bakıda «Cənub Qaz Dəhlizi» (CQD) Məşvərət Şurasının toplantısını gündəmə gətirir.

Qəzet bu toplantını «böyük güclərin həlledici sammiti» adlandırır. Bu mövzuya həsr edilən məqalədə baş verənlər «dəyişən şərtlərin qaz intriqalarını yeni dönəmə daşıması» kimi dəyərləndirilir:

«Azərbaycan-Qərb enerji əməkdaşlığı yüksək mərhələyə keçir, TANAP-ın ardınca TAP-ın da inşası başlanır. İranın da qoşula biləcəyi enerji layihəsi Rusiyanın «ofsayt» statusunu möhkəmləndirəcək».

Məqalədə iddia olunur ki, son iki gündə Rusiya prezidenti Putin-in Bakıya iki dəfə telefon açması da bu ölkənin bu layihələrdən kənarda qalması ilə bağlıdır: «3500 km uzunluğa malik qaz dəhlizi Avropa və Türkiyəni daha çox Rusiyanın qaz asılılığından xilas etmək məqsədi güdür».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.