Xəzərin çox ciddi “hasar dərdi” var

Xəzərin çox ciddi “hasar dərdi” var

«Adı xalqın, dadı isə məmurların olan Xəzər: Azərbaycanın bu təbii sərvəti hasarlardan xilas ediləcəkmi?».

Müəllif İlkin Murad isə bu sualı musavat.com saytının oxucularına verib. Məqalədə dəniz sahillərinin hasarlanmasından bəhs edilir:

«Xəzərin insan əli çata biləcək hər yerini ya hasarlayıblar, ya da istirahət mərkəzlərinə çeviriblər. Mərdəkanı, Şüvəlanı, Nabranı, Buzovnanı, Pirşağını… İnsan əli çata biləcək hər yeri… Xəzərin çox ciddi «hasar dərdi» var. Bu dərd, bu problem bir neçə dəfə Milli Məclisin də müzakirəsinə çıxarılıb. Amma nəticə yoxdur».

Müəllif dəniz sahillərinin «hasarlardan azad edilməsi» ilə bağlı qərar və sərəncamların kağız parçasına çevrildiyini bildirir. O, bu hasarlanma ilə ölkədə məmurla sıravi vətəndaşın fərqli həyat tərzinin paralellərini aparır: «Məmur o həyatı xalqın görməsini istəmir. Amma vətəndaş istəyir ki, məmurlar onların həyatını görsün, amma görmürlər. Çünki onlar əsasən bir neçə saat kabinetdə, daha sonra isə hündür hasarlar arxasında yaşayırlar».

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.