3-cü Boğaz Körpüsündə son 9 metr qaldı

3-cü Boğaz Körpüsündə son 9 metr qaldı

İnşasına 2013-ci ildə başlanan 3 milyard dollar dəyərli 3-ci Boğaz Körpüsü və Şimali Mərmərə Avtomobil Magistralı layihəsində iki yaxanın birləşməsinə sadəcə 9 metr qalıb.

 

2016-cı ilin iyul və avqust ayı ərzində açılması planlaşdırılan Yavuz Sultan Səlim Körpüsündə 9 metrlik bərkitmə işlərinin cümə günü keçiriləcək mərasimlə sona çatdırılması iki sahili 3-ci dəfə birləşdirmiş olacaq.

 

REKORDÇU KÖRPÜ

 

1460 işçi və mühəndisin 24 saat fasiləsiz çalışdığı 3-ci Boğaz Körpüsü 59 metrlik eni ilə bitəndən sonra dünyanın ən böyük körpüsü adını alacaq.

 

8 avtomobil, 2 dəmir yolu zolaqlı körpünün dəniz üzərindəki uzunluğu 1408 metr olacaq. Körpünün ümumi uzunluğu isə 2 min 164 metrə bərabərdir.

 

Körpü bu xüsusiyyəti ilə dünyanın ən uzun asma körpüsü adlandırılacaq. Körpü, qüllələrinin boyu baxımından da yeni bir rekorda imza atır. Avropa yaxasında Garipçe kəndindəki qüllənin hündürlüyü 322, Anadolu yaxasında Poyrazköy sektorundakı qüllənin hündürlüyü isə 318 metrdir.

 

Layihənin tamamlanması Mərmərə və İstanbul metrosunu Atatürk Hava Limanı, Sabiha Gökçen Hava Limanı və yeni inşa edilən 3-ci Hava Limanı ilə bir-birinə bağlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.