Merkel: “Türkiyə olmadan olmaz…”

Merkel: “Türkiyə olmadan olmaz…”

Avropa qaçqın axını qarşısında çarəsiz qaldı. Almaniya kansleri Merkeldən də “Türkiyə olmadan olmaz…” açıqlaması gəldi.

 

Almaniya kansleri Angela Merkel qaçqın böhranının həlli məsələsində bəyanatlar verdi. Problemin həlli məsələsində bu günə qədər aparılan Türkiyə-Aİ əməkdaşlığının davam etdirilməsindən danışan Merkel B planının olmadığını açıqlayıb.

 

Dünən axşam ARD telekanalında yayımlanan bir proqrama qatılan kansler Angela Merkel gündəliyə dair sualları cavablandırıb. Çətin bir dövrdən keçdiyini qeyd edən Merkel Alman xalqından səbr istəyib. Prosesi “Tariximizin çox mühüm bir dövrü” kimi səciyyələndirən Merkel Almaniyanın dünyadakı imicinin da bu vəziyyətdən əziyyət çəkəcəyini deyib.

 

B PLANIMIZ YOXDUR

 

Almanyaya daha az qaçqın gəlməsi məsələsində səy göstərdiyini vurğulayan Merkel B planının olub-olmadığı sualına isə birmənalı şəkildə “Mənim B planım yox” dedi. Hollandiya və Aİ komissiyası ilə birlikdə Türkiyə ilə məqbul bir həll üzərində çalışdığına toxunan Merkel doğru yolda olduğunu və gələn həftə keçiriləcək Türkiyə-Aİ sammitindən həll çıxacağına ümid etdiyini dilə gətirdi.

 

TÜRKİYƏ OLMADAN OLMAZ

 

AB ilə Türkiyə arasında problemin həllinə dair danışıqlar davam edərkən, xüsusilə Balkan ölkələrinin öz həllini axtarmasını tənqid edən Merkel “18 fevralda keçirilən sammitdə Aİ ölkələri sərhədlərin qorunması, Türkiyə-Aİ əməkdaşlıq və NATO-nun dövrəyə girməsi məsələsində birgə hərəkət etdi. Ancaq bir çoxu bunun olacağına inanmır. Belə yanaşıldığı prosesə həll olmaz. Mən bütün gücümlə bunun reallaşması üçün çalışıram. Türkiyənin NATO-nun dövrəyə girməsi, sərhədlərin qorunması və Frontex ilə əməkdaşlıq barədə öhdəliyi açıqdır. Bu, Türkiyənin həll məsələsində atdığı böyük bir addımdır. Egey dənizində sərhədlərin qorunması üçün də iş aparılır” dedi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.