Şair Arif Alışanovu tənqid etdi – Qızı İTV-dən çıxarıldı

Şair Arif Alışanovu tənqid etdi – Qızı İTV-dən çıxarıldı
Görkəmli şair Məmməd İsmayılın qızı İntizar İsmayıl İTV-dəki vəzifəsindən azad olunub.
Bu barədə İntizar İsmayılın özü məlumat verib. 
İntizar İsmayıl deyib ki, işdən çıxarılmasına səbəb atasının AzTV-nin rəhbəri Arif Alışanov haqqında verdiyi açıqlama olub. Məhz bu açıqlamadan sonra onunla bağlanan müqaviləyə xitam verilib.
İntizar İsmayıl İTV-də böyük redaktor vəzifəsində çalışırmış. 
Xatırladaq ki, görkəmli şair, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsində çalışmış Məmməd İsmayıl AzTV sədri Arif Alışanovu nəzərdə tutaraq bildirmişdi ki, mühasibdən televiziya rəhbəri olmaz. (Moderator.az)
Arif Alışanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.