“Gələcəyimi Putin təyin edəcək”

“Gələcəyimi Putin təyin edəcək”

Ramzan Kadırov: Mən əsgərəm və komandirin istənilən qərarına “bəli” deməliyəm

Ötən həftənin sonlarında Rusiyanın aparıcı mediası Ramzan Kadırovun Çeçenistan Respublikasının rəhbərliyindən gedəcəyi haqda informayalar paylaşıb. Buna səbəb isə onun bu vəzifədə səlahiyyyət müddətinin ilin sonunda başa çatmasıdır.

 

Hadisəni isə gərginləşdirən Ramzan Kadırovun özü olub. O, sanki öz kreslosunda rahat otura bilmir. “İnterfaks”ın jurnalistləri Renat Abdulinə və Andrey Novikova müsahibə verən çeçen lider istefa verdikdən sonra nə iş görəcəyini açıqlayıb.

 

Kadırov müsahibəsində ölkə müxalifətini sərt tənqid edərək bildirib ki, onların fəaliyyəti məhz Rusiyanın təhlükəsizliyinə qarşı yönəlib.

 

O, həmçinin ötən il Moskvanın mərkəzində öldürülən müxalifət lideri Boris Nemtsovla olan münasibətlərindən də danışıb.

 

Çeçen lideri vurğulayıb ki, o, Rusiya prezidenti Vladimir Putinin onun bu vəizfədə qalıb-qalmaması haqda verəcəyi istənilən qərarına hörmətlə yanaşacaq və bunu heç bir müzakirə predmetinə çevirməyəcək: “Çünki mən əsgərəm və komandirin istənilən qərarına “bəli” deməliyəm. Mənim gələcək taleyimi Putin müəyyənləşdirəcək”.

 

Kadırov müsahibəsində ömrünün sonunadək ölkə prezidentinə sadiq qalacağını xüsusi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.