Mart tətillərində Dubayda nələr olacaq? – Darıxmalı olmayacaqsınız

Mart tətillərində Dubayda nələr olacaq? – Darıxmalı olmayacaqsınız

Novruz bayramı münasibətilə bizi 8 gün istirahət gözləyir. Adətən, bir çox insanlar bayramı ölkədən kənarda qeyd edirlər. Əgər siz Dubaya səyahət etməyi seçmisinizsə, mart ayında bu günəşli şəhərdə gözlənilən tədbirlərin siyahısı ilə tanış olun.

Art Dubai sərgisi
Martın 16-da Dubayda ən böyük incəsənət yarmarkası olan Art Dubai start götürür. Bura ənənəvi olaraq, bütün dünyadan olan kolleksionerlər və incəsənət həvəskarları toplaşırlar. Sərgi məkanı bir neçə tematik zonaya bölünəcək – onların hər birində dünyanın 90-dan çox qalereyasından olan işlər təqdim olunacaq. Azərbaycanı bu sərgidə YAY! Gallery təmsil edəcək.

Mart tətillərində Dubayda nələr olacaq?Mart tətillərində Dubayda nələr olacaq?

Qastronomiya festivalı
Əgər tətiliniz zamanından öncə başlayırsa, siz martın 12-nə qədər davam edəcək Dubay qastronomiya festivalına da gedə biləcəksiniz. Tədbirin proqramına ilk dəfə olaraq “Restoran həftəsi” daxil olacaq. Şəhərin 30 ən yaxşı restoranı öz qonaqlarına 3 xüsusi yeməkdən ibarət xüsusi hazırlanmış menyunu təklif edəcək. Bu isə sizə 180 dirhəmə (50 dollardan bir az çox) başa gələcək. Məşhur aşpaz Qordon Rəmzi artıq öz qastronomik marşrutunu hazırlayıb.

Mart tətillərində Dubayda nələr olacaq?Mart tətillərində Dubayda nələr olacaq?

Design Days Dubai
Martın 14-də Dubayda Dizayn günləri başlayır. Yaxın Şərqin ən böyük mebel və art-obyeklər sərgisində onlarla qalereya və bütün dünyadan olan rəssamlar iştirak edir. Bu ilin proqramına çoxsaylı yaradıcı emalatxanalar, ictimai müzakirələr, performanslar daxildir. Əmin olun, darıxmayacaqsınız.

Mart tətillərində Dubayda nələr olacaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.