Polad Alemdar oğlunun onun kimi olmasını istəyir

Polad Alemdar oğlunun onun kimi olmasını istəyir

Azərbaycanda da minlərlə tamaşaçısı olan Türkiyənin  məşhur “Kurtlar Vadisi Pusu” serialında canlandırdığı Polad Alemdar obrazı ilə tanınan aktyor Necati Şaşmaz artıq 3 yaşlı oğlu Əli Nadirin gələcəyi ilə bağlı planlarını qurub.

Necati Şaşmaz oğlu Əli Nadirin də aktyor olmasını istəyir.

O, müəyyən yaş həddinə çatdıqdan sonra Əlini xaricə göndərərək orada təhsil almasını təmin edəcək. Necati Şaşmaz 2012-ci ildə Nagehan Kaşıkçı ilə ailə qurub. “Kurtlar Vadisi” serialında Türkiyədəki mafiyalar, dövlət-mafiya əlaqələri, terror qruplaşmalarının Türkiyədəki fəaliyyətləri əsas mövzudur. İzlənmə rekordları vuran və hazırda “Kurtlar Vadisi Pusu” adı ilə yayımlanan filmin “Kurtlar Vadisi İraq”, “Kurtlar Vadisi Fələstin” kimi hissələri var.

Necati Şaşmazın ailəsi

Necati Şaşmazın ailəsi

Serial yayıma başlayan gündən baş rolun ifaçısı olan Polad Alemdar dəfələrlə ölümdən dönüb. Hətta bir müddət əvvəl o, çəkiliş zamanı qəzaya uğrayıb. Aktyorun çənəsi sınıb. Bir neçə həftə çəkilişdən uzaq qalan aktyor yenidən seriala qayıda bilib. (ANSPRESS)

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.