Dünyanın ən gənc milyarderi Alexandra Andresen ilə tanış olun

Dünyanın ən gənc milyarderi Alexandra Andresen ilə tanış olun

19 yaşındadır, Norveçdə yaşayır. Orta sinif bir həyatı var. Məsələn; Maşını yox! Ən böyük zövqü at minmək. Instagram səhifəsindən tez-tez veganlığı təşviq edici bölgülər aparır. Beləliklə, dünyanın ən gənc milyarderi Alexandra Andresen və təvazökar adam həyatı.

Həyatda ən zövq aldığı məşğulluq at minməkdir. Ən sevdiyi şey heyvanlar. Yeganə məqsədi isə, veganlığı yaymaq. Pulun ən gənc üzü olan 19 yaşlı Alexandra Andresen, tipik bir lisey tələbəsi həyatı yaşayır.

Onu digər yaşıdlarından ayıran isə, 1.2 milyard dollarlıq sərvətin varisi olmasıdır. Forbesin hazırladığı dünyanın ən zəngin insanları siyahısına 1476-cı yerdə girdi. 20 yaşındakı bacısı Katharina Andresen ilə eyni zamanda bölüşürlər. Milyarder qız qardaşların hər biri, Ferd adlı ailə şirkətinin 42.2% səhminə sahibdir.

 

Forbes jurnalının redaktoru Kerri Dolana görə bacıların ən böyük şansı, ana və atalarıdır. Amma əsl məsələ, dünyanın ən zəngin insanları siyahısının ən gənc üç nəfərinin də Norveçli olmasıdır.

 


Ferd şirkətinin üç tərəfdaşı: Ata İohan X. Andersen, böyük bacı Katharina Andresen (20) və Alexandra Andresen (19).

 

SƏHMLƏRİNİ QIZLARINA BÖLÜŞDÜRDÜ

 

Şirkətin ən böyük tərəfdaşı və bacıların atası olan İohan X. Andersen, indidən hissəsinin faiz 80ini qızları arasında bölüşdürdü. Mirasın bu qədər tez təhvil verilməsi ağla vergi məsələlərini gətirsə də, uşaqların mövqeyini indidən müəyyən etməyin şirkətə yardımçı olacağı da bir həqiqət.

 

Maliyyə professoru Oyvind Bohren, “Bu Günlərdə zəngin ailələr getdikcə daha tez-tez miras bölgüsü aparırlar. Uşaqları ilə bərabər birgə keçirməyə əhəmiyyət verirlər. Hansının yaşının böyük olduğu və ya cinsiyyətləri artıq heç önəmli deyil” deyir: “Ana atalar əvvəlki nəslə nisbətən övladlarının bərabərliyini daha çox güdür. Və uşaqlarının şirkətin ən başında işə başlamalarını çox təbii qarşılayırlar”.

 

Həmyaşıdlarından ən varlı olsa belə Alexandranın orta sinif bir həyat tərzi var. At minmək məşğul olur və Instagram səhifəsindən tez-tez veganizm ilə bağlı məzmunlar bölüşür. Hətta pul yığır! Atası ikinci bir maşın alması üçün israr edir, lakin o hələlik istəmir. Bütün dünya onun zənginliyini öyrəndikdə Facebookdan 500 yeni dostluq tələbi aldığını deyir.

Amirxeyir.com

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.