“Oskar-2016”: Google-da daha çox kimi axtarırlar? – Maraqlı reytinq

“Oskar-2016”: Google-da daha çox kimi axtarırlar? – Maraqlı reytinq

“Oskar” mükafatlandırma mərasimi bir neçə gün öncə keçirilsə də, qırmızı xalıda görünən məşhurların geyim, aksesuar, saç düzümü və makiyajları, tədbir zamanı nitqləri, eləcə də mərasimdən sonra baş verənlər hələ də müzakirə olunur.

Google axtarış sistemi bu günlər ərzində ən çox axtarılan geyimlərin siyahısını dərc edib. Liderlər arasında Şarliz Teron, Cennifer Lourens və başqaları var. Maraqlıdır ki, siyahıda yer alanların çoxu “Ən pis geyinənlər” arasındadır.

Beşinci pillədə Calvin Klein Collection-dan tünd zümrüdü rəngli libas geyinən irlandiyalı aktrisa Sirşa Ronandır. İnternet istifadəçiləri bu obrazı bir neçə rakursdan nəzərdə keçiriblər.

“Oskar-2016”: Google-da daha çox kimi axtarırlar?

Dördüncü yeri al-qırmızı rəngli Dior geyimində qırmızı xalıda gəzişən Şarliz Terontutub. Axtarışın nəticələri onu deməyə əsas verir ki, aktrisa diqqət mərkəzində olmağı bacarıb.

“Oskar-2016”: Google-da daha çox kimi axtarırlar?

Dior-un daha bir muzası Cennifer Lourens dəb tənqidçilərinin müzakirə obyektinə çevrilsə də, axtarışlar göstərib ki, o, auditoriyanı maraqlandırıb. Google reytinqinin üçüncü pilləsində məhz Lourensdir.

“Oskar-2016”: Google-da daha çox kimi axtarırlar?

“Oskar” mərasimində hind əsilli aktrisa Prinyaka Çopra geyimindən də çox bahalı zinət əşyaları ilə yadda qaldı. Zuhair Murad brendindən bəyaz libas sayəsində Çopra ikinci olub.

“Oskar-2016”: Google-da daha çox kimi axtarırlar?
Reytinqə Valentino libası ilə hər kəsi ram edən Oliviya Uayld başçılıq edir. İnternet istifadəçiləri daha çox aktrisanın bədənini və obrazının detallarını nəzərdən keçiriblər.

“Oskar-2016”: Google-da daha çox kimi axtarırlar?

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.