Arda Turan “Barselona”da ilk qolunu vurdu – VİDEO

Arda Turan “Barselona”da ilk qolunu vurdu – VİDEO

Futbol üzrə Türkiyə millisinin kapitanı, İspaniyanın “Barselona” komandasının oyunçusu Arda Turan ilk qolunu vurub.

 

Dünən “Rayo Vallekano” ilə keçirilən oyunda Arda qol açılışına start verib. Komanda yoldaşı Mateunun ötürdüyü topu o, başla qapıya yönəldib.

 

Qeyd edək ki, həmin matçda “Barselona” 5-1 hesabı ilə qələbə qazanıb. 3 top Messinin, 1 top Rakitiçin, 1 top isə Arda Turanın ayağına yazılıb.

 

Bununla da Kataloniya klubu məğlubiyyətsizlik seriyasını 35-ə çatdırıb. Bu nəticə ilə “Barselona”, 1988/89-cu illərdə “Real”ın rekordunu qırmış olub. Belə ki, “Real” sözügedən illərdə ardıcıl olaraq 34 oyun məğlubiyyətin nə olduğunu bilməmişdi.

 

Hazırda “Barselona” İspaniya La Liqasında 35 oyun məğlubiyyətsiz oynayan ilk komanda kimi tarixə düşüb.

 

 

Xatırladaq ki, bu oyunda Arda Turanla bağlı maraqlı hadisə baş verir. Belə ki, 78-ci dəqiqədə rəqibinə qarşı sərt oynayan Arda Turana hakim səhvən qırmızı vərəqə göstərir. Lakin bir neçə saniyə sonra göstərdiyi kartın səhv olduğunu anlayan hakim, kartı dəyişərək futbolçunu sarı vərəqə ilə cəzalandırır.

 

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.