Olimpiadada qaçqınlar yığması iştirak edəcək – Dünya idman tarixində ilk

Olimpiadada qaçqınlar yığması iştirak edəcək – Dünya idman tarixində ilk

Beynəlxalq Olimpiya Komitəsinin İcra şurası “Olimpiada-2016”da müxtəlif ölkələrdən olan qaçqınların və məcburi köçkünlərin yığmasının iştirakına icazə verib.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) məlumatına görə, qaçqınların yığmasının Olimpiya kəndində bayrağını ucaltma tədbiri keçirəcəyi və milli yığmalar ilə oyunların açılışında və bağlanışında, eləcə də digər rəsmi tədbirlərdə iştirak edəcəyi bildirilib.

Qaçqınlar yığmasının iştirakçılarının üzvləri üçün forma BOK-a təqdim edilib. Əgər bu yığmanın üzvləri mükafat yerlərini tutsalar və çempion olsalar, mükafatlandırılma mərasimində onların şərəfinə Olimpiya bayrağı qaldırılacaq və Olimpiya himni səsləndiriləcək. Bu yığma oyunların açılış və bağlanış mərasimlərində Olimpiya byarağı altında çıxış edəcək.

Bu yığmanın idmançılarının Olimpiadada iştirakı üçün xərcləri xüsus fond ödəyəcək.

Olimpiadada qaçqınlar yığması iştirak edəcək

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.