Bakıda maestro Niyazinin abidəsi qoyulacaq – Bu yaxınlarda

Bakıda maestro Niyazinin abidəsi qoyulacaq – Bu yaxınlarda

Bakıda dirijor Niyazinin abidəsi ucaldılacaq.

Bu barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib. Nazir müavini abidənin müəllifinin xalq rəssamı Ömər Eldarov olduğunu qeyd edib.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında maestro Niyazinin xidmətləri misilsizdir. Bir çox görkəmli bəstəkarlarımızın əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdır. Onun adı həm də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları ilə birgə çəkilir. “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan” süitaları, “Rast” simfonik muğamı və s. əsərlər Niyazinin qələminin məhsuludur. O, hətta 1986-cı ildə R.Taqorun süjeti əsasında yazdığı “Çitra” baletinə görə “Cəvahirləl Nehru” mükafatına layiq görülmüşdü.

Maestro Niyazinin misilsiz xidmətləri daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən ev-muzeyi kimi fəaliyyət göstərir.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.