Bakıda “Dədə Qorquda gedirik” konserti – VİDEO+FOTO

Martın 5-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində Türkiyə Baş Nazirliyinin dəstəyi ilə Aşıq Zəki Erdalın rəhbərlik etdiyi Avrasiya Aşıqlar Dərnəyinin Ankara-Bayburt-Ərzurum-Aşqabat-Bakı marşurutu ilə həyata keçirdiyi Birinci Aşıqlar festivalının konserti baş tutub.

 

 

Festivalda çıxış edən Aşıq Zəki Erdal türk dövlətlərinə səyahət edərək konsertlər verdikləri üçün festivalın “Dədə Qorquda gedirik” adlandırıldığını bildirib:

 

“Biz səfərimizə başlayarkan öz əslimizə, nəslimizə, atamıza, türk xalqlarının yaşadığı yerlərə gedəcəyimiz üçün Dədə Qorquda gedirik dedik”. Daha sonra çıxış üçün söz alan filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı alim, aşıqşünas Fəxrəddin Salim aşıq sənətinin islam təsəvvüfü ilə dərin bağlarından söhbət açaraq aşıqlığın türk xalqlarını birləşdirən ortaq sənət olduğunu söyləyib. O bildirib ki: “Bu gün zaman-zaman bir-biri ilə çarpışan türk xanlarının övladları axır ki, bir aradadır. Zaman türkü bir araya gətirməyi bacardı, bütövləşdirdi”.

 

 

Daha sonra türk aşıqları Aşıq Zəki Ərdalın, Aşıq Şeyda Ərdalın və Azərbaycan aşıqları Aşıq Gülarə Azaflı, Aşıq Roman Azaflı, Aşıq İxtiyar və digər aşıqların ifaları ilə konsert verilib.

 

 

Konsertin media dəstəkçilər xeber365.com və yenicag.az xəbər portallarıdır.

 

Namiq Hüseynli

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.