“Putinin gizlətdiyi anasını tapdıq”

“Səhər gec oyanır və son dərəcə sadə nahar edir. Səhər yeməyində favoriti yumşaq ağ pendirdir. Keyfi yaxşı olanda bildirçin yumurtası da yeyir. Hər şeyin təbii və təzə olması şərtdir. Buna görə yemək üçün bütün tərəvəzlər kəndlərdən gətirilir. Ölkəsini isə Novo-Oqaryovodakı villasından idarə edir”.

“Putinin gizlətdiyi anasını tapdıq”

1999-cu ilin dekabrın 31-də Rusiya prezidenti Boris Yeltsin dövlət televiziyasından xalqa yeni il təbrikində sürpriz edərək, istefa verdiyini açıqladı. Həmin vaxt Vladimir Putin sadəcə, Rusiyanın tez-tez dəyişən baş nazirlərindən biri idi. İstefanın səhəri gün media obyektivini gözlənilmədən ölkə siyasətində o qədər populyar olmayan bu adama doğru çevirdi. Telekanallar sirli şəxsin siyasi fəaliyyəti barədə təbliğat işinə start verir. Lakin media Putinin bu gün də dünya ictimaiyyətinə sirli qalan doğulduğu tarixdən (1952-ci il) KQB sıralarına qoşulduğu zaman (1975-ci il) arasındakı 23 illik bir vaxtın üzərindən səthi keçdi. Ailəsi və şəxsi həyatı haqqında heç bir məlumat yox idi. Yalnız fəhlə atası və anasının 1996-cı ildə ölməsi barədə ümumi informasiya vardı. Amma bir neçə il əvvəl Gürcüstanda nəşr olunan “Alia” qəzeti Putinin hamıdan gizlətdiyi anasını üzə çıxardı. “Putinin gizlətdiyi anasını tapdıq” başlığı manşetə daşınan məqalədə Gürcüstanın Kaspi rayonunun Metina kəndində yaşayan 73 yaşlı Vera Putina adlı bir qadından bəhs olunurdu.

Vera Vladimir Putin haqqında danışır:

“Biz ona Vova deyirdik. Uralda texniki məktəbdə oxuyarkən atasıyla tanış oldum. Hamilə qaldıqdan sonra evli olduğunu öyrəndim. Tərk etdim. Doğulduqdan sonra Vovanı ailəmə verdim. Çünki ikinci dəfə evləndiyim kişi onu qəbul etmək istəmirdi. Ailəm isə onu əvvəlcə uşaq evinə, sonra həyat yoldaşım onu bir zabitə övladlıq verdi”. Vera Putina onda Vladimirin uşaqlıq şəkilinin olduğunu desə də, media nümayəndələrinin Metinaya sonrakı səfərlərində Rusiya Federal Təhlükəsizlik Bürosu (FTB) artıq qoca qadından bu dəlilləri almışdı. Gürcüstanın müdafiə naziri Kutateladze açıqlama yayaraq, şəkillərin Veradan alındığını, lakin bu işin arxasında ölkəsinin təhlükəsizlik strukturlarının olmadığını dedi. Beləliklə, Putinin ailəsi ilə birlikdə çəkdirdiyi yeganə foto yoxa çıxdı.

Lenin və Stalinin aşbazı

Vladimir Putin Sankt-Peterburqda doğulub. Ailəsi bu şəhərə Tverin Kalininski bölgəsindən gəlib. Vladimirin ailəsi haqqında ən köhnə məlumat 1719-cu ilə aiddir. Bu tarixə aid qeydlərdə Tverin Pominovo kəndində yaşayan cütçü Putin ailəsindən bəhs olunur. Fermer olan babası Spiridon 15 yaşında kəndi tərk edib Sank-Peterburqda restoranlardan birində aşbaz kimi işə başlayır. 1917-ci ildə Bolşevik İnqilabından sonra şəhərin adı Leninqrad olur və dövrünün məşhur aşbazı kimi, o, Leninin evində öz məharətini göstərir. Leninin vəfatından sonra bir müddət də Stalinin malikanəsinin baş aşbazı olur. Prezident Putin babasını çox az danışan adam kimi tanıdığını deyir.

Xaç suyu

Putinin atası Vladimir Spiridonovla anası (qeydlərdə bu qadın Mariya kimi təsvir olunur) Pomidov şəhərində tanış olur. 1928-ci ildə evlənəndə hər ikisi 17 yaşında idilər. Lakin 1932-ci ildə Leninqrada geri qayıdırlar. İkinci Dünya Müharibəsinin başlamasıyla atası hərbi dəniz qüvvələrinə qoşulur. Mariya isə birinci oğlu və qardaşının yanına gedir. Lakin şəhər 900 gün alman mühasirəsində qalır və Mariya ağır xəstələnir. Xəstəxanaya aparılır, orada öldüyü zənn edilərək, morqa yerləşdirilir. Həmin vaxt ilk oğlu yoluxucu xəstəlikdən ölür. Müharibə başa çatdıqdan sonra Putinin atası geri qayıdır və vaqon fabrikində işə başlayır. Müharibədən ağır itkilərlə yenicə çıxmış SSRİ-də vəziyyət gərgin idi. Buna görə, ailəsi yataqxanada qalırdı. 1952-ci ildə də həmin yataqxanada Vladimir Putin dünyaya gəlir. Mariya oğlunun kommunist atasından gizli xaç suyuna çəkdirir. Həmin gün Vladimirin boynuna xaç asır. Həmin xaçı Putin hələ də üzərində gəzdirir.

İlk sevgilisi

Orta məktəbdə şagird ikən ağıllı və çevikliyi ilə müəllimlərinin diqqətini cəlb edir. Bu gün də yaşayan müəllimləri onu bu cür xatırlayır. Putin isə şagirdlər arasında özünün lider olduğunu deyir: “Lider olduğum müddətə qədər məktəbi sevirdim. 10 yaşında liderliyim təhlükə altına düşən kimi boksa başladım. Burnum qırıldı, xəstəxanaya getmədim. Sonra cüdoyla məşğul olmağa başladım. Ailəm bu idman növünü özümü müdafiə etmək üçün seçdiyimi düşünürdü. Lakin baş məşqçimlə görüşdükdən sonra fikrini dəyişdi”. Müəllimi Vera Qureviç 6-cı sinifdə oxuyarkən Putinin sinif yoldaşı Lenaya aşiq olduğunu deyir. Vera qeyd edir ki, bundan sonra Vladimirin dərslərə olan marağı artıb və qiymətlərini yaxşılaşdırıb.

“Agent olmaq istəyirəm”

Universitetə qəbul olunanda dənizçi və pilot olmaq arzularından əl çəkib, agent olmaq qərarını verir. Bu barədə çoxlu filmlər izləyir və kitablar oxumağa başlayır. I kursda KQB-nın yerli şöbələrindən birinə gedib “Mən agent olmaq istəyirəm” deyir. Şöbə zabiti bu istəyinə cavab olaraq bildirir: “Cavan oğlan, hər yoldan keçəni bu işə götürə bilmərik. Əvvəlcə məktəbi bitir, hüququ oxu”.  Məqsədinə çatmaq üçün Putin hüquq fakültəsinə daxil olur. III kursda həyatı dəyişir. Anası lotereyadan “Zaporoje” avtomobili qazanır. Avtomobili o sürürdü və bunun sayəsində cazibədar həkim bir qadınla tanış olur. Lakin son anda nikah masasından qaçır. IV kursda KQB ona iş təklif edir. Məktəbin həyətində Putinlə görüşən KQP zabiti “Səni gözləyirik” deyir. 1975-ci ildə KQB sıralarına qoşulur. Məqsədi xarici kəşfiyyatda işləmək idi. Moskvaya Andropov adına Xarici Kəşfiyyat İnstitutuna göndərilir. Burada təhsil aldığı illərdə idmançı adıyla tez-tez cüdo yarışlarına qatılırdı. 1980-ci ildə kursant yoldaşları onu özündən 5 yaş kiçik Lyudmila ilə tanış edirlər. 3 il sonra evlənirlər və 1985-ci ildə qızı Maşa doğulur. Həmin günün səhəri Putin institutdan məzun olur və Şərqi Almaniyanın Drezden şəhərinə təyin olunur. Burada o, texnologiya casusu kimi fəaliyyət göstərirdi. 1986-cı ildə Katya adlı ikinci qızı dünyaya gəlir.

“İlk vuran sən ol”

O, dayanmaq bilmirdi. Drezdendə olarkən, cüdo ilə yanaşı, tennis və üzgüçülüklə də məşğul olurdu. Həmin illərdə həftədə 4 litr pivə içib 12 kq kökəlir. Sonrakı illərdə Almaniyada qazandığı təcrübələrinə əsaslanaraq, ən məşhur sözlərindən birini deyir: “İlk vuran sən ol, elə şiddətlə vur ki, rəqibin bir də ayağa qalxa bilməsin”. Berlin divarı yıxılıb Moskvaya qayıtdıqdan sonra özünü başqa işdə yoxlamaq qərarı verir. SSRİ DTK-nın təsdiqiylə 1990-cı ildə Leninqrad Universitetində müəllim kimi işə başlayır. Burada rektorun beynəlxalq əlaqələr üzrə məsləhətçisi vəzifəsinədək qalxır. Daha sonra Sankt-Peterburq meri Anatoli Sobçakın müavini postuna təyin olunur. Sobçak bütün səlahiyyətlərini müavinin icrasına verir. Şəhərə xarici investisiyanın qarşısını açan Putin özəlləşdirmə işlərinə başlayır və birjanı yaradır. 1996-cı il seçkilərində Sobçak məğlub olur. Bundan sonra öz postundan istefa verən Putin istirahət üçün Peterburq yaxınlığındakı köşkünə gedir. Mer müavini işləyərkən katibəsi olmuş qadın və həyat yoldaşını bir gün ora dəvət edir. Bir gün katibəsinin yoldaşı duş qəbul etmək üçün hamama girir. Lakin soba borsunun yanlış taxılmasına görə hamamdan başlayan yanğın bütün evi bürüyür. İkinci mərtəbədə köməksiz qalan katibəsi və qızı Maşanı pastellə bağlayaraq balkondan aşağı endirir. O, yanğınsöndürənlərin təəccüblü baxışları altında aşağı düşəndə lüt idi. Evi, yataq otağında çantada saxladığı bütün pulları yanıb kül olmuşdu. Yanğından bir neçə ay sonra Kremlin hüquqi problemlər və xaricdəki mülkiyyət üzrə inzibati idarəçiliyi postuna gətirilir. Həmin günlərdə “müstəqil vəkil olmaq istəyirəm” desə də, bundan sonra liderlik pillələrini tez-tez çıxırdı.

Fahişə ilə yataqda

1998-ci ildə Yeltsin Putini Daxili Kəşfiyyat İdarəsinin başçısı təyin edir. Yeltsin ona gizli şəkildə Baş nazir Stepana qarşı olan korrupsiya ittihamlarının araşdırılması tapşırığını verir. Halbuki bu işlə başqa bir prokuror məşğul idi. Həmin vaxt Putin milyarder Berezovskinin telekanalında istintaq prokurorunun porno görüntüsünü yayımladır: “Prokuror fahişə ilə yataqda”. Uğurları Prezident olmaq yolunda bütün əngəlləri qaldırır və o, 1999-cu ilin avqustunda baş nazir təyin olunur. Maraqlıdır ki, baş nazir təyin olunduqdan sonra mediada Putinin ayın 16-da atasını, az sonra isə anasını itirməsi haqqında məlumat yayılır. Halbuki bu ana qədər onun valideynlərini 1996-cı ildə itirdiyi deyilirdi. 1999-cu ilin yeni il gecəsində Yetsinin sürprizi Putini Rusiya Prezidenti edir.

Putin kövrək imperiyanı necə idarə edir?

İngilis jurnalist Ben Yudanın “Vladimir Putin: Kövrək İmperiya. Rusiya Putinə necə aşiq oldu və ondan necə soyudu?” adlı kitabda Putin haqqında ilginc məlumatlar yer alır: “Nahardan sonrakı ilk işi idman etməkdir. Yaxınlarının dediyinə görə, Rusiya barədə ən həssas qərarları da üzərkən verir. Adi bir gündə hovuzdan çıxdıqdan sonra idmanla məşğul olur. Velosiped sürmək, qaçmaq və ağırlıq qaldırmaq hobbisidir. Nazirlər onunla görüşmək üçün 2-3 saat kabinetinin qapısında gözləyirlər. Putinin ən sevdiyi məşğuliyyəti buzüstü xokkeydir. Xokkeyin Rusiyada məşhur olmasının əsas müəllifi də odur. Rusiyanın ən güclüləri – tanınmış oliqarxlar, elit bürokratiya və ən seçmə adamlar qohumları və Peterburq mənşəlilərdir. Ən güvəndiyi bu insanların hamısı tribunalardadır. Mühafizəçilərinin hamısı Baş nazir Dmitri Medvedyevin, yaxud öz qohumlarıdır. Kabinetində ağır, taxtadan hazırlanmış masa var. Üzərində heç bir müasir texnologiya, nə də kompüter var. İş yerində rabitə vasitələrinin hamısı keçmiş Sovetdən qalmadır. Bunlar adi ofis telefonları və böyük qırmızı fayllardır. Putinin 3 faylı var: yerli kəşfiyyat (FSB), yaxud daxili işlər, xarici kəşfiyyat (SVR) və şəxsi mühafizəsinin faylı. Putin xarici bir ölkəyə səfər edəndə mehmanxanada təxminən, 200 otaq kirayə götürülür. Həmin an qaldığı mehmanxana Kremlə oxşayır. Kəşfiyyat xidməti həmin mehmanxanada lazım olan işləri 1 ay əvvəldən görür. Yataq otağı və hamam Rusiyadan gətirilən möhürlü və xüsusi ləvazimatlarla dəyişdirilir. Putini bu səfərdə aşbazları və qulluqçuları da müşayiət edirlər. Moskvanı çox sevmir. Soyuq havalarda zehninin açıq olduğunu düşünür və bu vaxt işləməyi çox sevir. Özü haqqında olan komik videoları sevir. Ən böyük əyləncəsi də məsləhətçilərinin ona göstərdiyi komik videolardır.  Jurnalistləri sevmir. Çox vaxt verilən sual qarşılığında jurnalisti lağa qoymağı sevir. Bəzi hallarda da onlara kobud cavablar verir. Şənbə və bazar günləri də işləyir. Stalindən sonra ən çox çalışan siyasi lider Putindir. Üzünə qarşı “qışqıra” bilən yeganə canlı itidir. Çox vaxt idmanı da “Konus” adlı bu labrador cinsi itiylə edir. Kitab oxumaqla arası yoxdur. Vəzifəyə gələndən bu günədək cəmisi 2 roman oxuyub. Çar I Pyotru çox sevir. İkinci ana dili alman dilini hesab edir. İngilis dilini öyrənmək üçün hazırlaşır”. (Cebhe.info)

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.