Türkiyə üçün tarixi qərar – Avropa Birliyi razılıq verdi

Türkiyə üçün tarixi qərar – Avropa Birliyi razılıq verdi

Avropa Birliyi-Türkiyə sammitində Ankara ilə bağlı tarixi qərar qəbul olunub.

Avropa Birliyi Şurasında keçirilən sammitdə Türkiyə ilə Avropa Birliyi arasında viza rejiminin ləğvinə qərar verilib.

Qərar iyunun sonlarından etibarən qüvvəyə minəcək. Sammitdə qəbul edilən növbəti qərar suriyalı qaçqınlarla bağlı Ankaraya ayrılacaq maliyyə yardımıdır. Qərara görə, Türkiyə 2018-ci ilin sonuna qədər Avropa Birliyindən 3 milyard avro yardım alacaq.

Almaniya kansleri Angela Merkel toplantıdan əvvəl miqrant böhranı ilə bağlı müzakirələrin gərgin keçəcəyini açıqlamışdı. Qanunsuz miqrant sayının azalmasını istədiklərini deyən Merkel əlavə etmişdi ki, bu məsələdə açar ölkə Türkiyədir.

Bəzi Avropa Birliyi ölkələrinin təktərəfli qərarlar verdiyini deyən Merkel hesab edir ki, bu məsələ ilə bağlı ortaq  qərarlar verilməlidir.

Kansler onu da qeyd edib ki, AB ölkələrində sərbəst gəzmək imkanı verən Şengen sisteminin davamlılığı üçün xarici sərhədlərin təhlükəsizliyi təmin edilməlidir. Bu da ancaq Türkiyə ilə sıx əməkdaşlıq çərçivəsində reallaşa bilər.

Sammitdən əvvəl açıqlama verən Türkiyə baş naziri Əhməd Davudoğlu Ankaranın Avropa Birliyi ilə əməkdaşlığa və quruma üzvlüyə hazır olduğunu bildirmişdi. 

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.