Arda Turanın “sarı fırtınası” ərə gedir

Arda Turanın “sarı fırtınası” ərə gedir

Türkiyənin ən məşhur cütlüklərindən daha biri subaylığın daşını atır. Bu dəfə Azərbaycanda da kifayət qədər çox azarkeşi olan Kənan İmirzalıoğlu evlilik masasına oturmağa hazırlaşır.

Aktyorun Arda Turanın keçmiş sevgilisi Sinem Koballa evlilik tarixi bəlli olub.

Bir neçə həftə ailə arasında sadə nişan mərasimi ilə nişanlanan cütlük may ayının 14-də nikaha daxil olacaq. 2 ilə yaxındır birlikdə olan cütlüyün uzun müddətdir hazırlaşdıqları toyları ilə bağlı detallar üzə çıxmağa başlayıb.

Mərasim Cunda adasında keçiriləcək. Kobal və İmirzalıoğlu son hazırlıqlara nəzarət etmək üçün adaya daha öncədən gedəcəklər. Kobal toyda onun üçün xüsusi hazırlanan gəlinliyi geyinəcək. Cütlüyün müxtəlif şəhərlərdən gələcək qonaqları üçün üç otel bağlanacaq. Dəvətlilər adaya xüsusi olaraq bəzədilən gəmilərlə aparılacaqlar. Bu işlərin maliyyəti isə 210 min türk lirəsi (təqribən 160 min manat) olacaq.

Artıq aktyor cütlüyün üzükləri də hazırdır. Xüsusi olaraq sifariş verilən üzüklər dünyanın ən qabaqcıl markalarından olan “Cartier”dəndir. Sifarişi aktyorun sürücüsü qəbul edib.

Sinem Kobal və Kənan İmirzalıoğlu

Sinem Kobal və Kənan İmirzalıoğlu

Əlavə edək ki, Sinem Kobal uzun müddət Türkiyə millisinin üzvü, hazırda“Barselona” klubunda top qovan Arda Turanın sevgilisi olub. Cütlük uzun illər birlikdə olub. Hər kəs Arda Turanın “sarı fırtınam” adlandırdığı Koballa evlilik masasına oturmağa hazırlaşdığını gözləyirdi. Lakin uzun müddətli bərabərlik sonda onların ayrılması ilə nəticələnib. İddialara görə, ayrılığa səbəb futbolçunun xəyanəti olub.

Bundan sonra futbolçu dəfələrlə barışmağa cəhd etsə də aktrisa onunla barışmayıb. O, aktyor həmkarı ilə münasibətini də uzun müddət gizli saxlayıb.

Sinem Kobal və Arda Turan

Sinem Kobal və Arda Turan
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.