Coan Roulinq yeni hekayələr sikli yazıb: “Şimali Amerikada sehr”

Coan Roulinq yeni hekayələr sikli yazıb: “Şimali Amerikada sehr”

Yazıçı Coan Roulinq məşhur sehrbaz Harri Potterlə barədə hadisə və qəhrəmanları ilə bağlı olan “Şimali Amerikada sehr” adlı hekayələr sikli nəşr edəcək.

Hekayələr müxtəlif dillərdə Pottermore saytında martın 8-dən 11-nə qədər paylaşılıb. Anonsda göstərilib ki, oxuculara sehrbazlar dünyasının əvvəllər barəsində heç nə bilinməyən guşələri haqqında sirlər açılacaq. Sikldən olan birinci hekayə artıq paylaşılıb. İlk hekayədə maqların Amerika barədə maqllardan (sehrbazlıq qabiliyyətləri olmayan insanlar – red.) uzun müddət öncə bildikləri bildirilir. Yazıçı bir çox hinduların sehrbaz olduğunu və öz biliklərini nəsildən-nəsilə ötürdüklərini qeyd edir. Sadə insanlar şəfa verə bilən maqların bu qabiliyyətinə heyranlıqla yanaşırdılar. Ancaq insanların arasında onları şeytanla əlbir olmaqda ittiham edərək, qovanlar da var idi. Eləcə də sehrli çubuğun yaranması barədə hekayə və qəddar ruh barədə qorxulu əfsanə də danışılır. Bütöv hekayəni Pottermore saytından ingilis dilində oxumaq olar.

Entertainment Weekly nəşri “Şimali Amerikada sehr”ə promo-video paylaşıb. Videoda Amerika sehr məktəbi, ABŞ sehr nazirliyi, eləcə də canavar-qulyabanı barədə hindu əfsanəsi göstərilir.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.