MTV Movie Awards mükafatına namizədlərin adı açıqlandı – Siyahı

MTV Movie Awards mükafatına namizədlərin adı açıqlandı – Siyahı

Aprelin 10-da Kaliforniyada təqdim ediləcək MTV Movie Awards 2016 kino mükafatının nominantları məlum olub.

Nominantlar arasında “İlin filmi” kateqoriyasında “Ulduz müharibələri” və “Yur dövrünün dünyası”, “Krid: Rokkinin irsi”, Marvel komiksləri üzrə çəkilən “Dedpul” və “Qisasçılar: Altron erası”, eləcə də, rep qrupu barədə bioqrafik “Straight Outta Compton” filmi yer alıb.

Ən yaxşı kişi aktyolarının siyahısında “Sağ qalmış”dakı roluna görə Leonardo DiKaprio, eləcə də “Marslı” filmindəki roluna görə Mett Deymon, “Dedpul”dakı roluna görə Rayan Reynolds və “Silkələnmə” filmindəki roluna görə Uill Smit var.

Qadın aktrisalar arasında nominantlar “Ex Machina” filmindəki roluna görə Alisiya Vikander, “Dəli Maks”dakı roluna görə Şarliz Teron, eləcə də “Coy” filmindəki roluna görə Cennifer Lourens olub.

Qeyd edək ki, “Ulduz müharibələri” filminin 7-ci hissəsi 11 nominasiyada iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.