Şahmat Olimpiadası üçün maskot çək, mükafat qazan

Şahmat Olimpiadası üçün maskot çək, mükafat qazan

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotunu seçmək üçün milli yaradıcılıq müsabiqəsi elan edir.

Əməliyyat Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, iştirak üçün çəkdiyiniz maskotun rəsmini (eskiz) və özünüz haqqında məlumat, eyni zamanda əlaqə nömrənizi contact@bakuchess.com ünvanına göndərmək xahiş olunur. Müsabiqədə bütün gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər. İştirakçılara yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə yalnız Azərbaycan vətəndaşları qatıla bilər.

Müraciətlər aprelin 9-na qədər qəbul ediləcək. Qalib iştirakçıya 1000 AZN pul mükafatı və Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasiminə iki nəfərlik dəvətnamə hədiyyə olunacaq.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq.

Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.