Bakının Baş planı varmı?

Bakının Baş planı varmı?

«Novoye Vremya» qəzetində dərc edilən bir məqaləyə görə, Bakının Baş planı yoxdur.

Həmin məqalədə qeyd edilir ki, əgər bu olsaydı, Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov Baş Plana əsasən görüləcək işlərdən, Nazirlər Kabineti isə paytaxtın ayrı-ayrı rayonlarında söküntülərindən danışmazdılar.

Üstəlik məqalədə bildirilir ki, Arxitektorlar Birliyini sədri Elbəy Qasımzadə də paytaxtın Baş Planı olmadığını deyib: «Bakının Baş Planı sosialist dövləti dövründə yaradılıb. Amma yeni kapitalist münasibətlərinə cavab verən Baş Plan isə mövcud deyil».

Deputat Vahid Əhmədovun fikrincə isə, bu çaşqınlıq onunla bağlıdır ki, paytaxtın Baş Planı digər strukturlarla razılaşdırılmalıdır: «Əgər Bakının Baş Planını Nazirlər Kabineti təsdiq etməyibsə, bu o deməkdir ki, o, sadəcə, yoxdur və mövcud deyil».

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.