Mart ayının 6 vacib sərgisi – ADLAR

Mart ayının 6 vacib sərgisi – ADLAR

Bu ay dünyanın bir çox ölkələrində keçiriləcək sərgilərin icmalını təqdim edirik:

“Unfinished: Thoughts Left Visible”
Harada: Metropoliten-muzey, Nyu-York
Nə zaman: 18 mart – 4 sentyabr
Sərgidə Renessans dövründən bizim günlərə qədər olan rəssamların qaralamaları təqdim olunur. Sərginin kuratorları rəssam tərəfindən əsərin yaradılması prosesini izləməyə və Terner, Rembrandt, Cekson Pollok və başqa bu kimi utaların bitirilməmiş işlərinin estetikasına yüklənməyi təklif edir.

Mart ayının 6 vacib sərgisi
“Delacroix and the Rise of Modern Art”
Harada: London Milli Qalereyası
Nə zaman: Mayın 22-nə qədər
Ejena Delakruanı Fransanın romantik avanqardının başçısı adlandırırlar. Londonda sərgidə rəssamın əsərləri onun təsir etdiyi modernist rəssamların (Qyustav Kurbe, Van Qoq, Pol Sezann) işləri ilə bir sırada təqdim ediləcək.

Mart ayının 6 vacib sərgisi
“Bildungsroman”
Harada: Astrup Fernli müasir incəsənət muzeyi, Oslo
Nə zaman: Mayın 15-nə qədər
Bildungsroman – şəxsiyyətin əxlaqi, psixoloji və sosial formalaşmasının təsvir olunduğu roman növüdür. Bu, demək olar, heykəltəraşlıq barədə təsəvvürü dəyişən qalmaqallı rəssam Metyu Barninin retrospektiv sərgisidir. Xüsusi olaraq, Oslo üçün Barni öz məşhur işlərini yenidən mənalandırıb: Transexualis (decline) və “Kremaster” siklinə qədər. Eləcə də, sərgiə onun sonuncu filmi “Əsasların çayı” təqdim olunacaq.

Mart ayının 6 vacib sərgisi

“Dadaglobe Reconstructed”
Harada: Sürix, Kunsthaus muzeyi
Nə zaman: Mayın 1-nə qədər
Sərgi dadaizmin 100 illiyinə həsr olunub. Dadaglobe – Tristan Tsar tərəfindən düşünülmüş reallaşdırılmamış dadaizm antologiyasıdır. 1921-ci ildə bu layihə çərçivəsində bütün Avropadan olan rəssam yazıçılar Tsara öz işlərini göndəriblər. Sərgidə 200-dən çox rəsm əsəri və mətn təqdim olunub. Məşhur adların arasında Andre Breton, Maks Ernst, Jan Kokto və başqaları var.

Mart ayının 6 vacib sərgisi
“Structures of Existence: The Cells”
Harada: İspaniya, Bilbaoda Quqqenheym muzeyi
Nə zaman: 18 mart – 4 sentyabr
Sərgi eyni zamanda həm modernizm, həm də müasir dövrə aid edilən rəssam Luiza Burjuaya həsr olunub. Ekspozisiyada Burjuanın son 20 ildə yaratdığı işlər təqdim olunacaq. Ekspozisiyaya 2 böyük heykəl də daxildir: monumental bürünc hörümçək Maman və “Gündüz gecəyə sahib olubmu, yoxsa gecə gündüzə sahib olub?” installyasiyası.

Mart ayının 6 vacib sərgisi
“Painting the Modern Garden: Monet to Matisse”
Harada: London, Kral rəssamlıq akademiyası
Nə zaman: Aprelin 20-nə qədər
Sərgi 1860-cı illərin əvvəlindən 1920-ci illərə qədər incəsənət təkamülündə bağların rolunu öyrənir. Ekspozisiyada Mone və Matissdən əlavə, Renuar, Sezann, Pissarro, Mane, Kandinski, Kimp və başqalarının işləri təqdim olunub.

Mart ayının 6 vacib sərgisi

Buro247.az

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.