Ərdoğan Bakıya martın 15-də gəlir

Ərdoğan Bakıya martın 15-də gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi bəlli olub.

Ərdoğan martın 15-də Azərbaycana gələcək.

Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.

Türkiyə prezidenti bu il fevralın 18-də Azərbaycana gəlməli idi. Ancaq Türkiyə paytaxtı Ankarada baş verən terror aktı üzündən səfər təxirə salınmışdı.

Onda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.