Ərdoğanın yeni qudası xəstəxanaya qaldırıldı – Qızının nişanı baş tutmadı

Ərdoğanın yeni qudası xəstəxanaya qaldırıldı – Qızının nişanı baş tutmadı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğanın bu axşam nişan mərasimi öncəsi, kürəkən namizədi Səlcuq Bayraqdarın atası Özdəmir Bayraqdar, ürək narahatlığı səbəbiylə xəstəxanaya qaldırıldı.

Prezident Ərdoğan qudasını xəstəxanada ziyarət edib.

Ərdoğanın qızı Sümeyye Ərdoğanın nişan mərasimi ərəfəsində baş verən hadisə hər iki ailəni kədərə boğdu.

Xəbəri alan Ərdoğan, Halqalıdakı Mehmet Akif Ersoy Ürək və Damar Xəstəlikləri Xəstəxanasına gedərək qudasını ziyarət edib.

Ərdoğan Bayraqdarın sağlamlıq vəziyyəti ilə bağlı həkimlərdən məlumat alıb.

Bu axşam Tarabya Huber İqamətgahında keçirilməsi gözlənilən nişan mərasiminin irəli bir tarixə keçirildiyi öyrənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.