Arda Turandan möhtəşəm qol – VİDEO

Arda Turandan möhtəşəm qol – VİDEO

İspaniya La Liqasında “Barselona” komandası “Getafe”ni  6-0 məğlub edərkən türk futbolçu Arda Turanın qayçı fəndi ilə atdığı qol tribunalardan alqış qazandı.

https://www.youtube.com/watch?v=AP7Nost2J4c

Türkiyə millisinin oyunçusu Messinin atdığı ilk qola da asist etdi.

İspaniya La Liqasının 29-ci həftəsində “Barselona” Camp Nou stadionunda “Getafe”ni qonaq edib.

Qarşılaşmaya sürətli başlayan katalonlular Xuan Rodriguezin öz qapısına atdığı qolla 1-0 önə keçdi. 19-ci dəqiqədə Munir Əl Haddadi və 32-ci dəqiqədə Neymarla fərqi 3-ə çıxaran “Barselona” 40-cı dəqiqədə Ardanın asisti ilə Messinin atdığı qolla soyunub-geyinmə otağına 4-0 öndə girdi.

İkinci yarıya da sürətli başlayan Katalon komandası 51-ci dəqiqədə Neymarla hesabı 5-0-a qaldırdı.

57-ci dəqiqədə səhnəyə çıxan Arda atdığı qəşəng qoluyla hesabı 6-0-a çatdırdı.

Bu nəticəylə “Barselona” xalını 75-ə çatdıraraq liderliyini davam etdirib.

Qeyd edək ki, Arda Turan “Barselona” formasıyla 2 qol vurub, 4 asist edib.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.