Mehmet Topal Avropanın ən yaxşısı seçildi

Mehmet Topal Avropanın ən yaxşısı seçildi

“Fənərbaxça”nın yarımmüdafiəçisi Mehmet Topal Avropada ən yaxşı oyunçu seçilib.

 

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Türkiyə yığmasının futbolçusu UEFA tərəfindən seçilib.

 

O, qitənin ali futbol qurumunun saytında  keçirilən səsvermedə azarkeşlərdən 94 faiz səs toplayıb. Məlumatda bildirilir ki, M.Topal “Fənərbaxça”nın “Braqa” ilə qarşılaşmada qol vurması komandaya böyük kömək edib. Əlavə olunub ki, yarımmüdafiəçi “Lokomotiv Moskva” qarşılaşmasında da çox vacib qol vurub. Onun Rusiya təmsilçinə vurduğu qol komandasını növbəti mərhələyə adlamasına kömək edib. UEFA-nın rəsmi saytında  Avropa  Liqasının 1/8 finalının mərhələsinin ilk oyunlarının rəmzi komandası da elan olunub.

 

Həftənin ən yaxşı oyunçuları

Həftənin ən yaxşı oyunçuları

 

Bir neçə gün əvvəl Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Portuqaliyanın güclü komandası “Braqa” İstanbulda qonaq olub. Azərbaycanlı futbolsevərlərin də yaxından izlədiyi qarşıdurma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Mehmet Topal ikinci hissənin sonuna 7 dəqiqə qalmış baxımlı qol vurub. O, meydanın mərkəzindən topla bir neçə rəqibi keçərək dəqiq zərbə vurub.

 

“Fənərbaxça” (Türkiyə) – “Braqa” (Portuqaliya) – 1:0

 

Qol: Mehmet Topal, 83

 

Avropa Liqasının 1/8 finalının mərhələsinin ilk oyunlarının rəmzi komandası

Avropa Liqasının 1/8 finalının mərhələsinin ilk oyunlarının rəmzi komandası

 

“Fənərbaxça” – “Braqa” 1-0

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.