Umut Bulutun atası Ankara terrorunda həyatını itirdi

Umut Bulutun atası Ankara terrorunda həyatını itirdi

İstanbulun “Qalatasaray” komandasının futbolçusu Umut Bulutun atası Kamal Bulut Ankarada meydana gələn hücumda həyatını itirdi.

 

Sabah doğum günü olan Umut atasını Kayseridə torpağa verəcək.

 

Kamal Bulut 1-1 hesabı ilə bitən Gençlerbirliği – Qalatasaray qarşılaşmasını Ankaradakı 19 May Stadionunda izləyib. Oğlunun oyununu təqib etdikdən sonra isə evə qayıdanda bu faciə ilə üzləşib.

 

Sabah doğum günü olan milli futbolçunun acı xəbəri saat 11:00-də aldığı və Floryadan ayrılaraq Ankaraya doğru yola çıxdığı bildirildi. Umut Bulutun atasının cənazəsi sabah Kayseridə dəfn olunacaq.

 

 ULTRASLANDAN BAŞSAĞLIĞI MESAJI

 

“Qalatasaray” azarkeş qrupu Ultraslan, vəfat xəbərindən sonra sosial media hesabından status yazıb: “Kədərimiz tərif edilməz. Kamal Buluta Allahdan rəhmət, futbolçumuza və Bulut ailəsinə səbr və başsağlığı diləyirik”.

 

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.