“Reuters”: “Rusiya aviasiyasının yarısı Suriyadan çıxıb” – VİDEO

“Reuters”: “Rusiya aviasiyasının yarısı Suriyadan çıxıb” – VİDEO

Rusiyanın Suriyadakı hərbi təyyarələrinin yarısı son iki gündə bu ölkəni tərk edib. 

Bu barədə «Reuters» agentliyi məlumat yayıb. Məlumata görə, peykdən çəkilən görüntülərə və Rusiya tərəfinin rəsmi açıqlamalarına görə, Suriyanın Hmeymim aviabazasında və Latakiyada 36 hərbi təyyarə olub.

Artıq onlardan 15-i, o cümlədən «Su-24», «Su-25», «Su-30» və «Su-34» Rusiyaya qayıdıb. Bazada 14 hərbi vertolyot və pilotsuz kəşfiyyat təyyarələri də var.

Qeyd edək ki, prezident Putinin qərarı ilə martın 15-dən rus qoşunları və hərbi texnikası Suriyadan çıxmağa başlayıb.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.