Ankarada terror hadisəsini törədən ikinci terrorçunun adı açıqlandı

Ankarada terror hadisəsini törədən ikinci terrorçunun adı açıqlandı

Ankarada terror hadisəsini törədən ikinci terrorçunun adı açıqlanıb.

Bu barədə Türkiyənin “Hurriyet” qəzeti ölkənin hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.

Həmin terrorçunun 26 yaşlı Türkiyə vətəndaşı Özgür Unsal olduğu bildirilib.

Qəzetin verdiyi məlumata görə, Ö.Ünsal Ankaraya 6 il əvvəl Zonquldak əyalətindən gəlib.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görmüşdü.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunmuşdu. Ərazi boşaldılmış, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılmışdı.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.