Muzey Mərkəzində milli geyim dəfiləsi olacaq – Bu gün

Muzey Mərkəzində milli geyim dəfiləsi olacaq – Bu gün

Bakı Milli Geyim Evi “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi keçirəcək.

Geyim Evinin art-direktoru Könül Vəlibəylinin buro247.az saytına verdiyi məlumata görə, martın 17-i saat 18:30-da Muzey Mərkəzində keçiriləcək dəfilədə qadın, kişi və uşaq geyimləri nümayiş olunacaq. Giriş sərbəstdir.

Qeyd edək ki, Bakı milli geyim evi 2009-cu ildə təsis olunub. Geyim evindən Azərbaycanın bütün bölgələrinin milli geyimlərini əldə etmək mümkündür.

Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.