Putindən etiraf kimi açıqlama

Putindən etiraf kimi açıqlama

Rusiya Prezidenti Vladimir Putin “İdman sahəsinə rəhbərlik edən şəxslər beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilən yasaqlı maddələr siyahısında vaxtında yeniləmə etmədi” deyib.

 

O, vurğulayıb ki,  rus idmançılarının dopinq qaydalarını pozmasında məsuliyyəti rəhbərlər və məşqçilər daşıyır.

 

Hökumət toplantısında rusiyalı idmançıların dopinqdən istifadə etməsi məsələsini gündəmə gətirən Vladimir Putin, bu məsələdə bütün məsuliyyəti  idmançıları yasaqlı maddələr siyahısının yenilənmiş olduğu barədə vaxtında məlumatlandırmayan məşqçilər və menecerlərdə görüb.

 

Mövzu haqqında açıqlama verən Putin, “İdman rəhbərlərimiz, Dünya Dopinqlə Mübarizə Agentliyinin (WADA) bəzi maddələrin yasaqlı maddələr siyahısına salınması qətnaməsinin önəmini anlamayaraq beynəlxalq qurumlar tərəfindən müəyyən edilən siyahını vaxtında yeniləmədi, idmançı, məşqçi və digər mütəxəssisləri məlumatlandırmadı” ifadələrini işlədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.